“Camaatda qorxu hissi yoxdur”

Jurnalistin bütün qohumları cəbhənin təmas xəttində, atəş altında yaşayır


"Savaş başlayandan atamla və rayondakı qohumlarla danışıram. Heç kimdə panika və qorxu yoxdur”. Bunu cəbhə bölgəsində baş verənlərlə bağlı "sherg.az”a danışan "Yeni Müsavat”ın Tərtər rayonundan olan müxbiri Kənan Rövşənoğlu deyib. Jurnalist bildirib ki, onun bütün qohumları cəbhənin təmas xəttində, atəş altında yaşayır: "Atam dedi ki, hamı öz yerindədir. Düşmən dayanmadan atəş açır və məqsədli şəkildə kəndləri vururlar ki, dinc əhali tələfata uğrasın, insanlarda panika yaransın. Amma açıq şəkildə görünür ki, camaatda qorxu hissi yoxdur, hamı uğur qazanacağımıza inanır. Bizim kənd cəbhədən 3-5 kilometr arxadadır, amma dünən gecə ermənilər kənddə 4 evə atəş açıblar. Onlar həmişə olduğu kimi, indi də alçaqcasına dinc əhalini vurub itkiyə və panikaya səbəb olmağa çalışırlar. Düşmənin bu cür vəhşiliyini ictimaiyyətə çatdırmaq lazımdır. Neçə illərdir ki, yalandan boş qalmış kəndlərdə tələfat şousu düzəldirlər. Amma biz dinc insanlarımızın və kəndlərimizin real atəşə tutulmasını dünyaya göstərə bilmirik. Medianı cəbhə bölgəsinə dəvət edib həqiqəti onlara göstərmək lazımdır”.

İsmayıl