Cavid Qurbanov həmkarına etiraz etdi - "Bir şəxsin fikirinə görə..."





"Azərbaycanla İran arasında əlaqələr yüksək səviyyədə inkişaf edir. Hansısa bir şəxsin açıqlamasına belə həssaslıqla yanaşmaqdoğru deyil". Sherg.az bildirir ki bu sözləri millət vəkili Cavid Qurbanov həmkarı Qüdrət Həsənquliyevin İranla bağlı tənqidinə cavab olaraq səsləndirib. C.Qurbanov deyib ki, üç gün öncə İran-Azərbaycan Hökumətlərarası Birgə Komissiyanın həmsədri Mahmud Vaezi Azərbaycanda idi və o, istər ölkə başçısı ilə, istərsə də mətbuata açıqlamasında iki ölkə arasında münasibətlərin yüksək səviyyədə olduğunu bir daha dilə gətirib. "Bundan əlavə olaraq biz dünən Naxçıvandan Məşhədə sürət qatarını yola saldıq. Məhz İran tərəfinin təklifi ilə bu qatar "Dostluq” qatarı adlandırıldı. Qatarın yola düşməsi ilə bağlı Culfada qurbanlar kəsilib, şirniyyat paylanıb. Orada da bir daha iki ölkə arasında əlaqələrin inkişaf etməsi bir daha bəyan edildi və bu əlaqələrin inkiaf etməsində konkret əməlin göstəricisi idi”. Deputat qeyd edibki, hər bir ölkənin özünəməxsus daxili siyasəti var.

Anar