“Cəmiyyətimiz bahalı ehsan süfrələri, qəbir pulu, molla pulu altında əzilir”
10:46 11.07.2016
Arxiv
491
"Dövlət Komitəsi hüquq-mühafizə orqanı deyil, onun cəzəlandırma, məcburetmə kimi səlahiyyətləri yoxdur və bu məsələ ilə bağlı irəli sürdüyü fikirlər yalnız tövsiyə xarakteri daşıyır”.
APA-nın Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin saytına istinadən verdiyi məlumata görə, bunu komitənin Təhlil və proqnozlaşdırma şöbəsinin müdiri Elnarə Kərimova ölkədə yas mərasimlərinin keçirilməsi ilə bağlı bildirib.
O qeyd edib ki, komitənin bu barədə tövsiyələri ölkənin bəzi rayon və bölgələrində az müddətdə müsbət nəticələrini versə də, vətəndaşlar hələ də vahid mövqe nümayiş etdirməyiblər: "Cəmiyyətimiz köhnəlmiş "camaat nə deyər?” düşüncəsinin təsirindən çıxa bilməyərək bahalı ehsan süfrələri, qəbir pulu, molla pulu - baxmayaraq ki, QMİ qeydiyyatdan keçmiş din xadiminin hər hansı məbləğ qarşılığında yaslarda iştirakını qadağan edib - altında "əzilir”. İnsanlarımız dünyasını dəyişmiş yaxınlarının dəfnini, cümə axşamlarını, 3, 7, 40 və il mərasimlərini, qəbir daşlarının hazırlanmasını həyata keçirmək üçün az qala bir evin pulunu xərcləyirlər. Özü də əksər vaxtı bu xərclər kredit və ya borcla ödənilir. Fikrimizcə, vətəndaşlarımızın bu mənfi stereotipdən uzaqlaşması yalnız maariflənmə sayəsində mümkündür. Onlar bilməlidirlər ki, yas adı altında keçirilən "qonaqlıq” və "banketlər”in İslam dininə heç bir aidiyyəti yoxdur, 3, 7, 40 və bu kimi mərasimlər barədə dinimizdə heç nə bildirilmir".
Komitə rəsmisi bildirib ki, insanların yas mərasimlərində təmtəraq və israfdan çəkinməsi üçün ictimai qınağın formalaşması mühüm amildir: "Yas məclislərinin sadə şəkildə keçirilməsinin vacibliyi, israfçılığa yol verilməməsi mövzusunda cəmiyyətin maariflənməsində din xadimlərinin, məclisləri aparan axund və imamların da üzərinə mühüm vəzifə düşür".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Hakan Fidan Marko Rubio ilə görüşdü
04:14 31.10.2026
Gündəm
Cəmi 1 saat gec yatmaq bu ölümcül xəstəlik riskini artırır
03:33 31.10.2026
Sağlamlıq
"Qızıl top" səsverməsində rəsmi nəticələr açıqlandı
01:32 31.10.2026
Futbol
Erməni ombudsmandan "türk" sözü ilə bağlı - BƏYANAT
01:11 31.10.2026
Cənubi Qafqaz
ABŞ Yaxın Şərqə əlavə hərbi texnika göndərir
00:49 31.10.2026
Gündəm
ABŞ Ukraynaya 500 ədəd "Patriot" raketi satacaq
23:50 30.10.2026
Aktual
Qızılın qiyməti xeyli ucuzlaşdı
23:31 30.10.2026
İqtisadiyyat
Abbasdan Ankaranı aşağılayan addım - Türkiyə “səssiz” qaldı
23:10 30.10.2026
Dünya
Lyayen: Aİ və Kanada unikal tərəfdaşlıq yaradırlar
21:50 30.10.2026
Aktual
Aİ Ukraynaya 2027-ci il üçün 45 milyard avro yardım ayırıb
20:40 30.10.2026
Aktual
Premyer Liqa: "Sabah" səfərdə "Turan Tovuz"a məğlub olub
20:31 30.10.2026
Futbol
Mingəçevirdə qətl törədilib
20:00 30.10.2026
Hadisə
“Beşiktaş” İsrail komandası ilə oyununu Gürcüstanda keçirəcək
19:30 30.10.2026
Futbol