Çətin məsələdir...
10:53 01.11.2018
Arxiv
659
Azərbaycan, İran və Türkiyənin milli valyuta ilə ticarət etməsi üçün əvvəlcə iqtisadi mexanizm hazırlanmalıdır
Azərbaycan, İran, Türkiyənin xarici işlər nazirlərinin üçtərəfli görüşündə İstanbul Bəyannaməsi imzalanıb. Görüş zamanı Azərbaycan, İran və Türkiyənin XİN rəhbərləri milli valyuta ilə ticarət etməkdə razılığa gəliblər.
İran XİN rəhbəri Məhəmməd Cavad Zərif Türkiyə-Azərbaycan və ölkəsinin işbirliyinin bölgə baxımından önəmli olduğunu bildirib: "Milli valyutamızla ticarət əlaqələri qurmaq barədə razılığa gəldik. Bu razılıq ilə iqtisadi əlaqələrimizi xarici müdaxilələrdən qorumuş olacağıq".
Son zamanlar ölkələr arasında ticarətin milli valyuta ilə aparılması gündəmi zəbt edən mövzulardandır.
Bir müddət öncə Rusiya tərəfi Türkiyə və Çinlə ticarəti milli valyuta ilə aparmağı qərara almışdı. Maraqlıdır, ölkəmizin İran və Türkiyə ilə milli valyuta mübadiləsi mümkün olacaqmı?
İqtisadçı-ekspert Pərviz Heydərovun "Şərq”ə açıqlamasına görə, dövlət başçıları səviyyəsində bir neçə dəfə bu məsələ müzakirə olunub. Lakin hər üç ölkənin ticarətdə milli valyutadan istifadəsi olduqca çətin məsələdir. Çünki bunun üçün iqtisadi mexanizm hazırlanmalıdır:
"Sadəcə olaraq bəyanat verməklə, bu və ya digər razılaşmalar imzalamaqla məsələ həllini tapan deyil. Sözügedən məsələnin müvafiq iqtisadi mexanizmi yoxdur. Konkret olaraq ortaya qoyulmalıdır ki, əməliyyatlar milli valyutalar arasında hansı şəkildə həyata keçiriləcək və alqı-satqı obyekti olan məhsullar necə dəyərləndiriləcək. Yəni istənilən halda hansısa ölkənin məhsulu ölkədən kənara çıxırsa, o artıq beynəlxalq bazarda öz dəyərini ifadə etmək məcburiyyəti qarşısında qalır. Beynəlxalq bazarlarda isə əsas dəyər ölçüsü ABŞ dollarıdır. Hansı ölkə olduğu fərq etməz, son nəticədə həmin məhsulun dəyəri istər-istəməz ABŞ dolları ilə ifadə olunur. Siyasətçilərin bəyanatı ilə bu cür iqtisadi xarakterli məsələlər həllini tapa bilməz. Bu çox çətin məsələdir”.
Yeganə Bayramova
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Ərdoğanla Makron arasında telefon danışığı oldu
22:11 27.10.2026
Gündəm
Müctəba Xameneinin səhhəti ilə bağlı açıqlama...
21:43 27.10.2026
Gündəm
Naxçıvanda yeniyetmə bıçaqlandı
21:30 27.10.2026
Hadisə
Tramp seçki saxtakarlığını ifşa edənlərə 1 milyon dollar vəd etdi
20:23 27.10.2026
Dünya
“40 dəfə desən, gerçəkləşər” fikri doğrudurmu?
20:17 27.10.2026
Sağlamlıq
Azərbaycanda icra başçısı cərimələndi
20:09 27.10.2026
Hadisə
Masazırda zibil həftələrlə daşınmır - ərazini siçovullar bürüyüb
20:08 27.10.2026
Sosial
Alman alpinist Nepalda 1500 metr yüksəklikdən yıxıldı
20:05 27.10.2026
Hadisə
Gizem Karaca kədərli xəbəri açıqladı: 12 illik dostunu itirdi
19:55 27.10.2026
Hadisə
Abbas Hüseynov "Qarabağ"dan ayrıldı
19:49 27.10.2026
Futbol
Ceyhun Bayramov Dünya Turizm Təşkilatının Baş katibi ilə görüşüb
19:42 27.10.2026
Siyasət
Ərdoğan və Baxçalı Külliyedə görüşdü
18:58 27.10.2026
Dünya