Ceyhun Bayramov: "Ali məktəblərdə 30 yaşa qədər elmlər doktoru yoxdur"
09:21 24.05.2016
Arxiv
509
"Azərbaycanda təhsil alan doktorantların böyük əksəriyyəti humanitar, sosial və iqtisadiyyatın payına düşür. Lakin dünyanın və ölkəmizin iqtisadi inkişaf tələbləri daha çox texniki, texnoloji, təbiət, kənd təsərrüfatı üzrə alimlərin hazırlanmasını tələb edir. Təhsil müəssisələrində doktoranturaya qəbul planı formalaşdırılarkən ölkəmizə gələcəkdə lazım olacaq peşə sahibləri - mühəndis, texnoloqlar, proqramçı mütəxəssislər, fundamental sahələr üzrə alimlərin hazırlanmasının vacibliyi nəzərə alınmalıdır".
APA-nın xəbərinə görə, bunu təhsil nazirinin müavini Ceyhun Bayramov Təhsil Nazirliyinin təşkilatçılığı ilə keçirilən doktorantların və gənc tədqiqatçıların XX Respublika elmi konfransında deyib. Onun sözlərinə görə, istedadlı gənclərin elmə istiqamətləndirilməsi və alimlərin sosial müdafiəsinin gücləndirilməsi sahəsində gələcəkdə bir sıra tədbirlərin həyata keçirilməsi nəzərdə tutulur. Nazir müavini qeyd edib ki, Milli Məclisdə 2-ci oxunuşdan keçmiş "Elm haqqında" qanun layihəsində bütün təşkilatlarda, o cümlədən ali təhsil müəssisələrində çalışan işçilərin sosial müdafiəsi və elmi fəaliyyətinin stimullaşdırılmasını nəzərdə tutan tədbirlər əksini tapıb: "Ümid edirəm ki, bu tədbirlərin həyata keçirilməsi ali təhsil sahəsində yüksək ixtisaslı gənc alimlərin yetişdirilməsinə imkan verəcək”.
C. Bayramov bildirib ki, ölkənin elmi kadr potensialının orta yaş həddi ildən-ilə yüksəlir. Onun sözlərinə görə, Təhsil Nazirliyi sistemində çalışan elmlər doktorlarının yaş həddinin təhlili göstərir ki, dövlət ali təhsil müəssisələrində 30 yaşa qədər elmlər doktoru yoxdur. Yaşı 65-dən yuxarı olanların sayı isə 68,7 faiz təşkil edir: "Fəlsəfə doktoru üzrə göstəricilərə gəldikdə, onların yaş nisbəti 30 yaşa qədər 0,8 faiz, 65 yaşdan yuxarı olanların sayı isə 37,8 faizdir. Bu sahədə mövcud elmi potensial üçün arzu olunan səviyyəni gənclərin elmə marağını artırmaqla nail olmaq olar. Yüksək ixtisaslı elmi kadrların hazırlanması qarşıda duran əsas vəzifələrdən biridir".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
"Şərq" təkcə qəzet deyil, həm də bir ailədir...
18:28 01.11.2026
Media
Türkiyədə 90-a yaxın qanunsuz miqrant saxlanıldı
18:10 01.11.2026
Region
Zərdüşt Əlizadənin bacısı vəfat etdi
17:53 01.11.2026
Hadisə
"Neftçi" "Şamaxı"nı məğlub etdi, liderliyə yüksəldi
16:58 01.11.2026
Futbol
İranda COVID-19-a yoluxma artır
16:42 01.11.2026
Sağlamlıq
NASA-nın tonyarımlıq teleskopu yerə düşəcək
16:10 01.11.2026
Maraqlı
Britaniya hökuməti Breksit sazişini yeniləməyi planlaşdırır
15:55 01.11.2026
Gündəm
Şəkidə avtomobil dərəyə aşıb, ölən və yaralananlar var - YENİLƏNİB
15:37 01.11.2026
Hadisə
Rusiyada məşhur qrupun vokalçısı öldü
15:22 01.11.2026
Şou
"Qalatasaray”ın vitse-prezidenti istefa verdi
15:08 01.11.2026
Futbol
Gəncədə evdən 35 yaşlı kişi meyiti tapılıb
14:53 01.11.2026
Hadisə
Bakıdan Tbilisiyə əlavə reys 100 faiz doluluqla yola düşüb
14:05 01.11.2026
İnfrastruktur
Zelenski: Putinlə Türkiyədə görüşməyə hazıram
13:32 01.11.2026
Dünya
İranda hələ də vurulmalı bir-iki obyekt qalıb - Tramp
13:18 01.11.2026
Aktual
Sabaha olan hava proqnozu açıqlandı
12:46 01.11.2026
Ekologiya
İlham Əliyev Əlcəzair Prezidentini təbrik edib
12:15 01.11.2026
Rəsmi