Ceyms Uorlik Nalbandyanla Qarabağ münaqişəsinin həlli yollarını müzakirə edib





ATƏT-in Minsk Qrupunun amerikalı həmsədri Ceyms Uorlik Vaşinqtonda Ermənistan XİN rəhbəri Edvard Nalbandyanla görüşüb. APA-nın məlumatına görə, bu barədə Ceyms Uorlik özünün "Tvitter” səhifəsində yazıb.
Ceyms Uorlik Edvard Nalbandyanla görüşündən məmnun qaldığını bildirib. Görüş zamanı tərəflər Dağlıq Qarabağ münaqişəsinin həllinə dair növbəti addımları müzakirə edib.