"Ciddi danışıqların başlanmasının vaxtı çatıb“ - Nazir müavini
13:49 10.07.2017
Arxiv
572
"Brüsseldə keçirəcək "Şərq tərəfdaşlığı” sammitinədək Azərbaycan Avropa İttifaqı ilə aviasiya razılaşmasını tamamlayacaq”.
APA-nın məlumatına görə, bu barədə xarici işlər nazirinin müavini Mahmud Məmmədquliyev "Şərq tərəfdaşlığı” ölkələri XİN rəhbərlərinin qeyri-rəsmi görüşü ilə bağlı keçirilən mətbuat konfransında deyib. O bildirib ki, Azərbaycan tərəfi bundan əvvəlki sammitdən fərqli olaraq, Brüsseldə keçiriləcək zirvə görüşündə heç bir seçici yanaşmanın olmayacağına ümid edir: "Azərbaycanın əsas problemi Ermənistanla mövcud olan Dağlıq Qarabağ və ətraf rayonları əhatə edən münaqişədir. Münaqişənin nəticəsi olaraq milyondan çox insan qaçqın və məcburi köçkün düşüb. Ümid edirik ki, "Şərq tərəfdaşlığı” ölkələrinin ərazilərindəki münaqişələrə dair Yeni Avropa Strategiyasına uyğun olaraq vahid və əlaqəli yanaşma nümayiş etdiriləcək. Strategiyada bildirilir ki, ərazi bütövlüyü və sərhədlərin toxunulmazlığı prinsipləri münaqişələrin yeganə həll yoludur. Ötən 25 il ərzində heç bir irəliləyiş əldə olunmayıb və status-kvo qəbuledilməzdir. Bu, münaqişənin nizamlanması ilə məşğul olan ATƏT Minsk qrupunun həmsədrləri tərəfindən də etiraf olunur. Biz təkcə hərbi yox, mülki şəxsləri də itiririk. Beş gün əvvəl Ermənistanın təxribatı nəticəsində Azərbaycan kəndi artilleriya atəşinə tutulub və 2 mülki şəxs - 2 yaşlı qız və onun nənəsi öldürülüb. Münaqişənin həllinə dair qeyd etdiyim prinsiplər əsasında konstruktiv və ciddi danışıqların başlanmasının vaxtı çatıb".
Nazir müavini ümid edir ki, sammitdə Aİ və Azərbaycan arasında strateji tərəfdaşlıq haqqında sazişin imzalanması istiqamətində irəliləyiş əldə olunacaq. Onun sözlərinə görə, Azərbaycanın Türkiyə və Gürcüstanla birlikdə icra etdiyi Cənub Qaz Dəhlizi layihəsi Avropa enerji təhlükəsizliyinin təmin olunmasında alternativ rolunu oynayacaq, digər "Şərq tərəfdaşlığı” ölkələri də bu 3 ölkənin reallaşdırdığı nəqliyyat layihələrindən bəhrələnəcək.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Akademik Zərifə Əliyevanın anım günüdür
00:02 15.04.2026
Gündəm
Vaşinqtonda İsrail-Livan danışıqları başa çatıb - YENİLƏNİB
23:20 14.04.2026
Gündəm
Bulvarda gülləri əzənlər bloqerlər imiş - ADLAR
22:25 14.04.2026
Cəmiyyət
“Kefsizsənsə işə gəlmə" izni - BİR İLK
22:02 14.04.2026
Cəmiyyət
Bakının bir sıra yollarında sürət həddi endirildi
22:00 14.04.2026
Cəmiyyət
Zelenski Aİ liderləri ilə müharibəni müzakirə edəcək
21:47 14.04.2026
Dünya
Tramp: 2 gün ərzində nəsə baş verə bilər
21:26 14.04.2026
Gündəm
Oğulları ilə problem istirahətə mane olmur
21:05 14.04.2026
Şou
Anar Bayramov TƏBİB-in İcraçı direktoru təyin edilib
20:23 14.04.2026
Sosial
Tramp Orbanın məğlubiyyətindən məyus olub
19:37 14.04.2026
Dünya
Türkiyənin ən uğursuz olduğu sahə təhsildir - Murat Anar
19:28 14.04.2026
Elm və Təhsil
ABŞ-İran danışıqların növbəti raundunun keçiriləcəyi yer bəlli oldu
19:20 14.04.2026
Dünya
Tramp: Roma Papası başa düşmür ki, İranda 42 min etirazçı öldürülüb
19:19 14.04.2026
Dünya
Tramp növbəti dəfə NATO-nu ittiham edib
18:57 14.04.2026
Dünya