“Onlar vaxtı uzatmaqla hadisənin beynəlxalq ictimaiyyətin yaddaşından çıxmasını gözləyirlər”
Cinayətkar və sifarişçinin adı açıqlanmalıdır
07:29 01.11.2018
Arxiv
643
“Bunu Səudiyyə Ərəbistanı bilir. Çünki hadisə krallığın Baş Konsulluğunun binasında baş verib”
“Onlar vaxtı uzatmaqla hadisənin beynəlxalq ictimaiyyətin yaddaşından çıxmasını gözləyirlər”
“Onlar vaxtı uzatmaqla hadisənin beynəlxalq ictimaiyyətin yaddaşından çıxmasını gözləyirlər”
BMT-nin insan hüquqları üzrə ali komissarı Mişel Baçelet Səudiyyə Ərəbistanı hökumətini Camal Qaşıqçının meyitinin yerini açıqlamağa çağırıb. Komissar vurğulayıb ki, jurnalistin qətlə yetirilməsini tam müstəqil, siyasi təsirlərdən uzaq şəkildə araşdırmaq və bunun üçün beynəlxalq ekspertlərin iştirakını təmin etmək vacibdir. Xəbər verdiyimiz kimi, müxalif jurnalist Camal Qaşıqçı oktyabrın 2-də Səudiyyə Ərəbistanın İstanbuldakı Baş Konsulluğunun binasında öldürülüb. İlk günlərdə Krallıq jurnalistin qətlə yetirildiyi ilə bağlı açıqlama vermirdi. Qaşıqçının paltarını geyinmiş və gözlüyünü taxmış bir nəfərin Baş Konsulluqdan çıxarılması səhnəsini quraşdıran Səudiyyə Ərəbistan hökuməti jurnalistin diplomatik missiyadan çıxdığını beynəlxalq ictimaiyyətə sırımaq istəyirdi. Bununla da Camal Qaşıqçının itkin düşməsi məsələsində Türkiyəni ittiham etməyi planlaşdırırdı. Lakin Türkiyənin ayıq-sayıq davranışı sayəsində Səudiyyə Ərəbistanı rəsmi olaraq jurnalistin öldürüldüyünü etiraf etdi. Hadisədən sonra ən çox gündəmə gətirilən məsələ məhz Qaşıqçının meyiti ilə bağlıdır. Ötən gün Türkiyənin XİN rəhbəri Mövlüd Çavuşoğlu da Ər-Riyada çağırış edərək, cəsədin yerinin açıqlanmasını tələb edib. Bəzi iddialara görə, jurnalistin cəsədi iddia edildiyi kimi, parça-parça doğrandığı üçün ortaya çıxarılmır.
Hələ də sirri açılmayan məlum olayla bağlı "Şərq”ə danışan politoloq Sədrəddin Soltan deyib ki, rəsmi Ər-Riyad və ABŞ Prezidenti Donald Tramp Administrasiyası Camal Qaşıqçı cinayəti ilə bağlı şərh verməkdən imtina edir, qalmaqalı ört-basdır etməyə çalışır:
"Bu barədə "Vaşinqton post” ötəngünkü sayında yazıb. Məqalədə Səudiyyə Ərəbistanı krallığının İstanbuldakı Baş Konsulluğunda qətl mövzusunu ikinici plana keçirməyə çalışdığı qeyd olunub. Bəyan edilib ki, Türkiyə hökuməti jurnalistin öldürülməsi ilə bağlı apardığı araşdırmalar nəticəsində əldə edilən bütün dəlil-sübutları, istintaq materiallarını ABŞ-a verib. Səudiyyə Ərəbistanının baş prokuroru Səud əl-Muceb 3 gündür Türkiyədə səfərdədir. O, öldürülən jurnalist Camal Qaşıqçının mobil telefonunu istəyib. Baş dövlət ittihamçısı Türkiyədə ona ünvanlanan suallara cavab verməkdən yayınıb. Səud əl-Müceb "Qaşıqçı cinayətinin əvvəlcədən planlaşdırıldığını demişdiniz. Sizcə, cinayəti kim planlaşdırıb?”, "Cinayətin törədilməsində yerli şəxslə əlbirliyindən söz açmısınız. Bu yerli kimdir?”, "Camal Qaşıqçının meyiti basdırılıbmı” kimi suallara cavab verməyib. Bütün faktlar ortadadır. Cinayətkar və sifarişçinin adı mütləq açıqlanmalıdır. Bunu Səudiyyə Ərəbistanı bilir. Çünki hadisə krallığın Baş Konsulluğunun binasında baş verib. Baş konsulu isə hadisədən bir neçə gün sonra Səudiyyə Ərəbistanına aparıblar”.
Analitikə görə, krallığın rəsmi şəxslərinin davranışından və cinayətə münasibətindən belə çıxır ki, krallıq beynəlxalq ictimaiyyəti aldatmağa çalışır:
"Yaxud da bu cinayət işi kral Salmana və onun oğlu şahzadə Məhəmməd bin Salmana qazılan quyudur. Bu zaman ikinci bir versiya meydana gəlir: - Kral və oğluna quyu qazanları tanıyırlar, ancaq onun adını çəkməkdən də ehtiyat edirlər.
Çünki belə bir qətlin törədiləcəyi ilə bağlı ABŞ, Britaniya, İsrail, Rusiya kəşfiyyat orqanlarının əvvəlcədən xəbərdar olduqlarına dair xəbərlər yayılıb. Nəticə isə birdir. Monarx və vəliəhd Camal Qaşıqçının öldürülməsindən xəbərdardırlar. Sifarişçini və icraçıları tanıyırlar. Onlar vaxtı uzatmaqla hadisənin beynəlxalq ictimaiyyətin yaddaşından çıxmasını gözləyirlər.
Bir müddət sonra krallıq kimlərisə bu hadisə ilə bağlı cəzalandıracaq, bununla da cinayət işi bağlanacaq. Elan ediləcək ki, Camal Qaşıqçını öldürən cəzalandırılıb və s. Bu ölkədə məhkəmə sistemi azad olmadığından çıxarılan hökm şübhəli olacaq”.
İsmayıl
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Ərdoğanla Makron arasında telefon danışığı oldu
22:11 27.10.2026
Gündəm
Müctəba Xameneinin səhhəti ilə bağlı açıqlama...
21:43 27.10.2026
Gündəm
Naxçıvanda yeniyetmə bıçaqlandı
21:30 27.10.2026
Hadisə
Tramp seçki saxtakarlığını ifşa edənlərə 1 milyon dollar vəd etdi
20:23 27.10.2026
Dünya
“40 dəfə desən, gerçəkləşər” fikri doğrudurmu?
20:17 27.10.2026
Sağlamlıq
Azərbaycanda icra başçısı cərimələndi
20:09 27.10.2026
Hadisə
Masazırda zibil həftələrlə daşınmır - ərazini siçovullar bürüyüb
20:08 27.10.2026
Sosial
Alman alpinist Nepalda 1500 metr yüksəklikdən yıxıldı
20:05 27.10.2026
Hadisə
Gizem Karaca kədərli xəbəri açıqladı: 12 illik dostunu itirdi
19:55 27.10.2026
Hadisə
Abbas Hüseynov "Qarabağ"dan ayrıldı
19:49 27.10.2026
Futbol
Ceyhun Bayramov Dünya Turizm Təşkilatının Baş katibi ilə görüşüb
19:42 27.10.2026
Siyasət
Ərdoğan və Baxçalı Külliyedə görüşdü
18:58 27.10.2026
Dünya