"Dağlıq Qarabağda toqquşmaların artması narahatlıq yaradır" - ATƏT PA




"Mən münaqişədən əziyyət çəkən bir ölkənin təmsilçisi olsam da, ATƏT PA-nın prezidenti kimi ATƏTməkanında baş verən bütün münaqişələrdən narahatlığımı bildirirəm".

APA-nın məlumatına görə, bu sözləri ATƏT PA-nın prezidenti George Tsereteli ATƏT Xarici İşlər Nazirləri Şurasının Vyanada keçirilən toplantısında çıxışı zamanı deyib.

O bildirib ki, Dağlıq Qarabağda döyüşlərin intensivləşməsi, toqquşmaların artması da ciddi narahatlıq yaradır.