DağlıqQarabağda “sakit müharibə”…






"DağlıqQarabağ münaqişəsinin həlli məqsədilə danışıqlar intensivləşib. Tərəflər arasında atəşkəs elan olunmasına baxmayaraq, mütamadi olaraq atəşkəs pozulmaqdadır və itkilərdə var. İndiki məqamda Dağlıq Qarabağı "sakitmüharibə” zonası kimi xarakterizə edə bilərik".

Bu sözləri "Sherg.az"a Qərbi Kaspi Universitetinin Tətbiqi Politologiya Mərkəzinin eksperti Sevda Məmmədova deyib. 

O qeyd edib ki, Dağlıq Qarabağ münaqişəsinin həlli yolunda danışıqlar hələdə davam etməkdədir: 

"19 fevral tarixində müdafiə naziri Zakir HəsənovAzərbaycana səfər etmiş Avropa İttifaqının Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Toivo Klaar ilə görüşdə dediki, "həran müharibə başlaya bilər”. Bu ifadə Ermənistanda böyük narahatlığa səbəbolub. Əslində cəbhə xəttindəki ordumuz istənilən zaman işğalçının müdafiəsini yarmağa hazırdır. 

AncaqQarabağda müharibənin başlanması böyük dövlətlərin maraqlarına cavabvermir. Buna baxmayaraq, növbəti döyüşlər kiçik qığılcımdan da başlana bilər. 2016-cı ilin aprel döyüşləri kimi..."

Ayyət Əhməd