Daha bir rektor işdən çıxarıldı

Boğaziçi universitetinin rektoru professor Melih Bulu vəzifəsindən kənarlaşdırılıb. “Sherg.az” “Haberglobal” a istinadən xəbər verir ki, bu barədə prezident Rəcəb Tayyib Ərdoğanın qərarı rəsmi qəzetlərdə dərc olunub.
Qeyd edək ki, Bulu bu ilin yanvar ayında həmin vəzifəyə təyin edilmişdi. Bir çox tələbələr və müəllimlər təyinatı narazılıqla qarşılamışdılar.