"Amerika Ermənistanın həddindən artıq sürüşkən mövqedə olmasından narahatdır. Ermənistan özünü dövlət kimi idarə edə bilmir. Ona görə də İrəvana bel bağlaya bilmirlər"
Daha təcrübəli diplomat Bakıya gəlir
07:32 05.01.2019
Arxiv
519
Vaşinqton Azərbaycana NATO, Ermənistana isə Rusiya üzrə mütəxəssis göndərib
"Amerika Ermənistanın həddindən artıq sürüşkən mövqedə olmasından narahatdır. Ermənistan özünü dövlət kimi idarə edə bilmir. Ona görə də İrəvana bel bağlaya bilmirlər"
"Amerika Ermənistanın həddindən artıq sürüşkən mövqedə olmasından narahatdır. Ermənistan özünü dövlət kimi idarə edə bilmir. Ona görə də İrəvana bel bağlaya bilmirlər"
ABŞ Senatı Erl Litsenberqerin Amerikanın Azərbaycandakı səfiri postuna təyinatını təsdiqləyib. Litsenberqer müxtəlif vaxtlarda Almaniyanın Marşall Fondunun baş elmi işçisi, NATO yanında ABŞ missiyasının sədrinin köməkçisi vəzifəsində çalışıb. Həmçinin, Serbiya və Qırğızıstandakı səfirliklərdə fəaliyyət göstərib. İndiki vəzifəyə qədər isə hərbi alyansın Əfqanıstandakı baş mülki nümayəndəsinin köməkçisi olub. Senat Ermənistandakı səfir postuna namizədi də təsdiqləyib. Bundan sonra İrəvanda Amerikanı diplomat Linn Treysi təmsil edəcək. Məlumat üçün deyək ki, Treysinin namizədliyini prezidenti Donald Tramp sentyabr ayında irəli sürmüşdü. Diplomat keçmiş SSRİ və Rusiya üzrə mütəxəssisdir. Ermənistana səfir təyin olunana qədər Dövlət Departamentində Rusiya məsələləri üzrə baş məsləhətçi vəzifəsini icra edib. Maraqlıdır ki, Vaşinqton Azərbaycana NATO, Ermənistana isə Rusiya üzrə mütəxəssis göndərib. Analitiklərə görə, Ağ Evin Ermənistandakı səfirliyə Rusiya üzrə mütəxəssis göndərməsi xüsusi hədəflərə hesablanıb.
Təyinatlarla bağlı "Şərq”ə danışan siyasi elmlər doktoru, professor Cümşüd Nuriyev deyib ki, hansısa ölkəyə səfir göndərilməzdən öncə diplomat haqqında ətraflı məlumatlar həmin ölkənin Xarici işlər nazirliyinə göndərilir. Əgər XİN-dən müsbət cavab verilərsə, səfir təsdiqlənir:
"Bakı Litsenberqerə razılıq verib. Görünür, məsləhət bilinib ki, razılıq veriblər. Səfir bundan qabaq Serbiyada və Qırğızıstanda fəaliyyət göstərib. Yəni o, artıq keçmiş sovet respublikaları üzrə də ixtisaslaşmış sayılır. NATO ilə bağlılığı da var. Məsələ ondadır ki, hərbi alyansın Gürcüstanda və Ermənistandakı cəhdləri uğurlu alınmayıb. Ona görə ümidlərini Azərbaycana bağlayıblar. Çünki Azərbaycan öz Silahlı Qüvvələrini NATO standartlarına uyğun qurur. Nəzərə alaq ki, Türkiyə hərbi alyansın üzvüdür və Azərbaycan ordusunun formalaşmasında qardaş ölkənin böyük xidmətləri olub. Bunu danmaq olmaz. Çox güman ki, Ağ Ev bunların fərqindədir. Amerikanın yeni səfirinin əvvəlkilərdən nə ilə fərqlənəcəyini zaman göstərəcək. Hər halda uğurlar arzulayırıq. Səfir Azərbaycanı sevsin ki, biz də onu sevək”.
Professor Ermənistanla bağlı təyinata da fikir bildirib:
"Paşinyan bütün hallarda Qərbin adamı sayılır. Lakin Amerika Ermənistanın həddindən artıq sürüşkən mövqedə olmasından narahatdır. Ermənistan özünü dövlət kimi idarə edə bilmir. Ona görə də İrəvana bel bağlaya bilmirlər. Prosesin gedişatı Paşinyanın tutduğu mövqedən və yanaşmasından asılı olacaq. Reallıq odur ki, Paşinyana etimad edilmir və onun küçədən gəldiyi, siyasətçi olmadığı hər zaman göz önündə saxlanılır. Çünki baş nazir hər məsələni küçə səviyyəsində həll etməyə çalışır”.
İsmayıl
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Putindən Ermənistana: İstəsəniz, sabah oradan çıxa bilərik!
00:59 02.09.2026
Region
İran Hörmüz boğazının bağlandığını elan edib
23:40 01.09.2026
Region
Qızıl yenidən ucuzlaşdı
23:23 01.09.2026
İqtisadiyyat
Putin Paşinyanla razılaşmadı, sözünü kəsdi
21:54 01.09.2026
Gündəm
İranın bir sıra şəhərlərində partlayış səsləri eşidilib
20:44 01.09.2026
Gündəm
Bakıda qardaş və bacı bir-birini bıçaqladı
20:30 01.09.2026
Hadisə
ŞƏT-də Azərbaycanla bağlı HESAB DƏYİŞİR - ŞƏRH
19:53 01.09.2026
Gündəm
“Trabzonspor” Fatih Tekke ilə yollarını ayırdı
19:43 01.09.2026
Futbol
Sülhün ən böyük təminatı imza yox, AÇIQ YOLLARDIR - TƏHLİL
19:35 01.09.2026
Gündəm
İlham Əliyevin Qırğızıstana səfəri başa çatıb
19:26 01.09.2026
Rəsmi
Ərdoğan: Türkiyə-Rusiya münasibətləri çox yüksək səviyyədədir
19:08 01.09.2026
Region