Dəm qazı 46 yaşlı qadının həyatına son qoydu



 Ağdamda dəm qazı 46 yaşlı Məmmədova Sevda Yusif qızının həyatına son qoyub.

Sputnik Azərbaycan-ın bölgə müxbirinin verdiyi məlumata görə, hadisə rayonun Quzanlı qəsəbəsində qeydə alınıb. Rayon sakini, 1973-cü il təvəllüdlü Məmmədova Sevda Yusif qızı vanna otağında dəm qazından boğularaq ölüb.

Faktla bağlı araşdırma aparılır.