Dəm qazından 24 nəfər zəhərləndi - Bayram günlərində
08:01 27.03.2017
Arxiv
428
"Bayram günlərində 24 nəfər dəm qazından zəhərlənmə ilə Kliniki Tibbi Mərkəzə gətirilib".
Bunu Lent.az-a açıqlamasında Səhiyyə Nazirliyi Klinik Tibbi Mərkəzin Toksikologiya şöbəsinin müdiri Azər Maqsudov bildirib.
Onun sözlərinə görə, həmin şəxslərdən 7 nəfər hospitalizasiya edilib: "Dəm qazı zəhərlənmələri zamanı ölüm halı qeydə alınmayıb”.
Şöbə müdiri bayram günlərində Azərbaycanda qeydə alınan alkoqol sərxoşluğu və dərman zəhərlənmələrinin sayını da açıqlayıb.
Şöbə müdiri deyib ki, bayram günlərində 11 nəfər dərman zəhərlənməsi şikayəti ilə Toksikologiya şöbəsinə müraciət edib: "Onlardan 3 nəfər xəstəxanaya yerləşdirilib. Dərman zəhərlənməsinə səbəb həkim təyinatı ilə yazılmış antibiotiklər, öskürək əleyhinə dərmanlar olub. Həmin dərmanlar əks təsir göstərib”.
Bundan başqa, bayram günlərində 17 nəfər alkoqol sərxoşluğu şikayəti ilə Toksikologiya şöbəsinə gətirilib: "Onlara da ilkin tibbi yardım göstərildikdən sonra evə buraxılıblar”.
A.Maqsudov qeyd edib ki, bayram günlərində sirkə turşusu zəhərlənməsi ilə bağlı bir kişi mərkəzə gətirilib: " 53 yaşında olan həmin kişi intihar məqsədi ilə sirkə turşusu içib. Hazırda vəziyyəti ağır olaraq qalır”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Bu, terror cəhdidir - İsrail XİN
21:50 30.09.2026
Gündəm
ABŞ-nin Tennessi ştatında qadın məhkumun edamı dayandırıldı
21:37 30.09.2026
Dünya
Aİ-nin XİN rəhbərləri Gürcüstanla bağlı müzakirə aparacaqlar
21:24 30.09.2026
Dünya
Fatih Terim siqareti necə tərgitdiyini danışdı
21:14 30.09.2026
Maraqlı
Moskvadan kəndə qayıtdı, 100 illik ata toxumu tapdı
20:36 30.09.2026
Maraqlı
Netanyahu təyyarədəki insidentdən danışdı
19:14 30.09.2026
Aktual
Uşaqla nikah bağlamadan ailə qurmaq erkən evlilik sayılacaq
19:07 30.09.2026
Sosial
ASELSAN Naxçıvanda zavod açacaq
18:45 30.09.2026
Siyasət
“Real”ın müdafiəçisi əməliyyat olunacaq
18:19 30.09.2026
Futbol
İranın Gürcüstandakı səfiri XİN-ə çağırıldı
17:57 30.09.2026
Region
Kərim Vəliyevlə İran generalı hərbi əlaqələri müzakirə ediblər
17:33 30.09.2026
Gündəm
Azərbaycanda “SİQR” pilotsuz quru robotu istehsal edilib - FOTO
17:02 30.09.2026
Hərbi