"Valideyn-məktəb münasibətləri, müvafiq dövlət qurumlarının ailə institutu ilə çalışması, birgə fəaliyyət göstərməsi vacibdir. Hər şey sənəd üzərində formalaşdığına görə, real işləmək ənənəsi yoxdur. Nəticə isə budur.
Deputat 4-cü sinif şagiridnin intiharından danışır:"Nəticə budur"
11:31 01.03.2018
Arxiv
3503
"İntiharla bağlı yayımlanan filmlərin, xəbərlərin, verilişlərin təsirində olan, uşaqdan böyüyə çox insan var”.
Bu barədə "Sherg.az”a Zaqatalada 4-cü sinif şagirdinin intihar etməsindən danışarkən millət vəkili Fazil Mustafa bildirib.
O diqqətə çatdırıb ki, bu cür hallar ancaq psixoloji hazırlıq prosesi ilə aradan qaldırıla bilər:
"Valideyn-məktəb münasibətləri, müvafiq dövlət qurumlarının ailə institutu ilə çalışması, birgə fəaliyyət göstərməsi vacibdir. Hər şey sənəd üzərində formalaşdığına görə, real işləmək ənənəsi yoxdur. Nəticə isə budur. Məktəbin uşaqdan, valideynin isə məktəbdən xəbəri yoxdur. Heç kim bir-biri ilə maraqlanmır. Hətta mobil telefonların, texnologiyanın inkişaf etdiyi bir dönəmdə valideynlərin məktəblə əlaqə saxlamaması həqiqətən təəssüf doğurur.
Nəticədə uşaqlar hər hansı filmin, adi söhbətin təsiri ilə intihara əl atır. Ciddi psixoloji hazırlıq tədbirlərinə başlanmalıdır. İntiharların sayının gündən-günə artması hamımızı narahat etməlidir. Amma bu sahədə irəliləyiş yoxdur”.
Qeyd edək ki, rayonun Muxax kənd sakini, 2007-ci il təvəllüdlü Hafiz Nazim oğlu Məmmədovun meyiti yaşadığı evin həyətyanı sahəsində inşa edilmiş təndirxanada asılı vəziyyətdə özündən böyük qardaşı tərəfindən aşkar edilib. 11 yaşlı Hafiz Məmmədovun intihar səbəbi hələ ki, istintaqa məlum deyil.
Aysel Aslan
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Xalq artisti Şükufə Yusupova xəstəxanadan evə buraxılıb
14:45 17.09.2026
Mədəniyyət
Vərəmlə bağlı ictimai dinləmə keçiriləcək
14:25 17.09.2026
Sağlamlıq
Paşinyan rus dili kursuna gedir
13:06 17.09.2026
Region
Prezident və birinci xanım Şamaxı rayonuna səfər ediblər
13:05 17.09.2026
Gündəm
Azərbaycanda xüsusi karantin rejiminin müddəti uzadılıb
13:02 17.09.2026
Aktual
Tacir Şahmalıoğlu tanınmaz halda - Foto
11:55 17.09.2026
Şou
Rusiyada ayı giləmeyvə yığan iki kişini parçalayıb
11:37 17.09.2026
Hadisə
Putinlə Zelenski bir-birinə nifrət edir - Tramp
11:09 17.09.2026
Dünya
Bu il neçə üçəm doğulub?
10:57 17.09.2026
Cəmiyyət