Deputat: İran XİN Ermənistanın Qarabağ cinayətlərinə göz yumur
14:11 09.07.2017
Arxiv
429
Urmiyanın İran İslam Şurası Məclisindəki (parlamentində) təmsilçisi, deputat Ruhulla Həzrətpur İran Xarici İşlər Nazirliyini Ermənistanın Dağlıq Qarabağda müsəlmanlara qarşı cinayətləri ilə bağlı qəti mövqe ortaya qoymadığını, göz yumduğunu bəyan edib.
APA-nın "Anadolu” agentliyinə istinadən verdiyi məlumata görə, R. Həzrətpur bununla bağlı İran xarici işlər naziri Cavad Zərifiyə ünvanladığı məktubu parlamentin açıq iclasında oxuyub.
Məktubda bildirilir ki, bu cinayətlər qarşısında susqunluq İran Xarici İşlər Nazirliyinin və Cavad Zərifinin reputasiyasına kölgə salır.
R. Həzrətpur mətbuata açıqlamasında deyib ki, Ermənistan ordusu tərəfindən 2 yaşlı Zəhra Quliyevanın öldürülməsi beynəlxalq cinayətdir və buna dünya ictimaiyyəti göz yummamalıdır.
Qeyd edək ki, iyulun 4-də saat 20:40 radələrində Ermənistan silahlı qüvvələri tərəfindən Füzuli rayonunun Alxanlı kəndi 82 və 120 millimetrlik minaatanlardan və dəzgahlı qumbaraatanlardan atəşə tutulub.
Ermənistan tərəfinin bu təxribatı nəticəsində kənd sakinləri - 1967-ci il təvəllüdlü Quliyeva Sahibə İdris qızı və onun nəvəsi, 2015-ci il təvəllüdlü Quliyeva Zəhra Elnur qızı həlak olublar.
1965-ci il təvəllüdlü Quliyeva Sərvinaz İltifat qızı isə yaralanıb.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Yaxın 4 ildə müdafiə və milli təhlükəsizlik xərcləri azaldılacaq
18:16 15.04.2026
Aktual
Azərbaycan qlobal maraqların kəsişdiyi mərkəz olur - ŞƏRH
17:57 15.04.2026
Siyasət
Azərbaycan-Aİ münasibətlərinin vəziyyəti nəzərdən keçirilib
17:46 15.04.2026
Gündəm
Azərbaycanın Türkiyədəki səfirliyi qardaş ölkəyə başsağlığı verdi
17:02 15.04.2026
Aktual
Bu tədbirlərdə siqaretdən istifadə qadağan olundu
17:00 15.04.2026
Gündəm
İndoneziya səfiri Xankəndiyə səfər edib - FOTO
16:54 15.04.2026
Gündəm
Şəhərlər piyadaya yox, avtomobillərə uyğun qurulur - Mütəxəssis
16:47 15.04.2026
Aktual
Cənubi Qafqazda böyük güc savaşı başlayır - POLİTOLOQ
16:30 15.04.2026
Cənubi Qafqaz
Tramp: Hörmüz boğazı daha heç vaxt bağlanmayacaq
16:18 15.04.2026
Siyasət
Starmer: İranla müharibəyə girməyəcəyik
16:13 15.04.2026
Gündəm
Tülpanların fəryadı
15:45 15.04.2026
Cəmiyyət
Milli Məclisdə görüş keçirildi
15:30 15.04.2026
Gündəm
Paşinyan: TRIPP layihəsi icra mərhələsinə keçir
15:22 15.04.2026
Gündəm