Deputat yanğından danışdı: "Bu artıq neçənci belə hadisədir"
14:48 26.03.2019
Arxiv
535
Bakının Nizami rayonu, Qara Qarayev prospektinin 8-ci kilometr adlanan ərazisindəki "Diqlas” ticarət mərkəzində baş verən yanğın hadisəsi hər birimizi dərindən üzdü, ciddi şəkildə narahat etdi.
Bu, artıq neçənci yanğın hadisəsidir ki, yaşanır. Bundan əvvəl bir çox tanınmış və məşhur ticarət mərkəzlərində, o cümlədən, "Binə”də, "Sədərək”də bu cür üzücü və narahatedici yanğın hadisələri yaşanmış, iş adamlarına, sahibkarlara, həmin ticarət obyektlərində işləyib, çalışıb ailələrinə çörək pulu aparan insanlara böyük maddi ziyan dəymişdi.
Çox təəssüf ki, bu dəfə də belə oldu, yenə xeyli sayda iş adamı, sahibkar, sadə, sıravi ticarət əməkdaşları ciddi maddi ziyanla üzləşdilər. Sevindirici və təsəlliverici hal isə odur ki, bu hadisələrdə, eləcə də, bugünkü dəhşətli yanğında insan itkisi yaşanmadı.
Bunu açıqlamasında millət vəkili Eldəniz Səlimov deyib.
Millət vəkili bildirib ki, bu hadisələr texniki təhlükəsizlik, sığorta və sair digər məqamlarla bağlı məsələləri ciddi şəkildə gündəmə gətirir:
"Belə hadisələr nə birincidir, nə də sonuncu. Həm də tək bizdə yaşanmayıb, dünyanın hər bir ölkəsində buna bənzər və bundan daha betər, ölümlə nəticələnən yanğın hadisələri baş verib və verməkdədir.
Amma bütün hallarda yanğınların tez-tez yaşanması ciddi narahatlıq yaratmaya bilməz. Bu hadisələrin minimuma endirilməsi üçün bütün gərəkən addımlar atılmalı, lazımi tədbirlər görülməlidir. Həm orada çalışan insanlar özləri texniki təhlükəsizlik qaydalarına ciddi riayət və əməl etməlidirlər, həm də təmin ticarət obyektlərinin sahibləri təhlükəsizlik tədbirlərini ən üst, ən yüksək səviyyədə həyata keçirməlidirlər.
Bu məsələdə təkcə pul-para istəyi önə çəkilməməli, əsas istək olmamalıdır, həm də təhlükəsizliyə maksimum dərəcədə əməl edilməsi, ticarət obyekt(lər)ində çalışanların mal və can güvənliyinin yüksək səviyyədə təmin olunması əsas məqsəd olmalıdır.
Bununla yanaşı, istər ticarət obyektlərinin sahibləri, istərsə də həmin obyektlərin tikintisinə, fəaliyyətinə icazə verənlər həmin obyektlərin yerləşmə məkanlarının təhlükəsizlik baxımından daha yararlı olmasına ciddi fikir verməlidirlər.
Çünki heç də hər yerdə, xüsusilə də, insan axını olan yerlərdə, iri ticarət mərkəzlərinin tikintisinə icazə verilməməlidir. Hər şey bütün incəliyinəcən ölçülüb, biçilməli, sonra icazə verilməlidir.
Belə olarsa, bu cür hadisələrdən də mümkün qədər ziyansız, itkisiz sığortalanmaq, ötüşmək olar”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Tramp: "ABŞ İranla bağlı qərarını tezliklə verəcək"
23:38 13.10.2026
Aktual
"Qarabağ" "Sabah"ı təbrik etdi
23:19 13.10.2026
Futbol
Trampdan husilərə xəbərdarlıq: "Mən bunu heç vaxt unutmayacağam"
23:00 13.10.2026
Dünya
Netanyahu Trampla İrana hücumların bərpasını müzakirə etdi
22:20 13.10.2026
Gündəm
Arda Turan Türkiyə millisi ilə bağlı qərarını açıqladı
22:02 13.10.2026
Futbol
Ərdoğandan xahiş edəcəyəm ki, müharibəyə qoşulsun
21:17 13.10.2026
Dünya
Ərdoğanın vasitəçiliyi sülhə yol aça bilər, amma bir şərtlə - ŞƏRH
20:32 13.10.2026
Gündəm
Ərdoğandan Səudiyyəyə dəstək...
20:21 13.10.2026
Aktual
Belçikanın Rusiyadakı səfiri XİN-ə çağırılıb
20:13 13.10.2026
Gündəm
Paşinyanın təyyarəsi 5 ay sonra İrəvana qayıtdı
20:05 13.10.2026
Cənubi Qafqaz
Dələduzluq edən dörd nəfər saxlanıldı
19:50 13.10.2026
Hadisə
Barmaq çıtlatmaq zərərlidirmi? - Oynaq iltihabına səbəb olurmu?
19:41 13.10.2026
Sağlamlıq
Dizel sazişi Rusiya və ABŞ-ın maraqlarına cavab verir
19:39 13.10.2026
Aktual
Polis 2 kiloqram narkotik vasitə aşkarladı
19:26 13.10.2026
Hadisə
Tom Berendsen Azərbaycana rəsmi səfər edəcək
18:42 13.10.2026
Siyasət