Deputat yolunu göstərdi: “Ümid sənədir ancaq, Azərbaycan əsgəri ! ”

Elman Məmmədov: "Erməniləri darmadağın etməli, dərsini verməliyik. Əks təqdirdə dinc əhali daha çox atəşə tutulacaq, evlər dağıdılacaq, zəmilər yandırılacaq"
"Ermənilər 200 ildən çoxdur dinc əhaliyə qarşı qırğınlar, soyqırımları törətməklə məşğuldur”.
Bunu "Sherg.az”a Tovuz rayonunun Qaralar kəndində mülki əhalinin atəşə tutulmasına münasibət bildirərkən millət vəkili Elman Məmmədov deyib. 
O bildirib ki, ermənilərin 20-ci əsrin sonlarında törətdiyi qırğınlar onların mülki əhaliyə qarşı əməllərinin nəticəsidir:
"Bütün bu əməllərə görə, ermənilərə qarşı heç bir cəza, sanksiya tətbiq olunmayıb. Ermənilərin qudurğanlığının, azərbaycanlılara, türklərə qarşı soyqırımlarını davam etdirməsinin səbəbi beynəlxalq qurumlar, güclü dövlətlər tərəfindən erməni terrorunun müdafiə olunmasıdır. Ermənistanı təlimatlandırır, maliyyələşdirir və müdafiə edirlər. Ermənilər özlərini toxunulmaz sayır və istədiklərini edirlər”.
Deputat deyib ki, ermənilərin qarşısını yalnız Azərbaycan dövləti və Azərbaycan əsgəri ala bilər:
"Azərbaycan əsgəri sözünü deyəcək və onların törətdikləri bütün rəzilliklərə, cinayətlərə görə layiq olduqları cəzanı verəcək. Nəhayət ermənilərə qarşı tətbiq edilməyən bütün sanksiyaları əvəzi çıxılacaq. Dünyada ikinci elə bir güc. Dövlət, beynəlxalq qurum yoxdur ki, onlar ermənilərə qarşı cəza tətbiq etsin. Belə olan halda, xalq şairimiz Qabilin sözlərini xatırlatmalıyıq:
"Ümid sənədir, ancaq, Azərbaycan əsgəri!”
Erməniləri darmadağın etməli, dərsini verməliyik. Əks təqdirdə dinc əhali daha çox atəşə tutulacaq, evlər dağıdılacaq, zəmilər yandırılacaq”.
Qeyd edək ki, hadisə nəticəsində 2004-cü il təvəllüdlü Yusifov Ramin Sabir oğlu yaralanıb. O, öz həyətlərində olarkən həyətə mərmi düşüb. Mərminin qəlpələri Yusifov Ramini ağır şəkildə yaralayıb.
Azərbaycan XİN isə bu hadisəyə sərt reaksiya verib. Qurumun mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev qoşunların təmas xəttində baş verən son gərginliyini şərh edərkən bildirib ki, mülki insanların, o cümlədən uşaqların hədəfə alınması və qətlə yetirilməsi məqsədi daşıyan qəddar əməllər Ermənistanın siyasi-hərbi rəhbərliyinin yürütdüyü dövlət terrorizmi siyasətidir.
Aysel Aslan