Deputat:“Bu il Azərbaycan üçün siyasi və iqtisadi cəhətdən uğurlu olub”





"2018-ci il Azərbaycan üçün siyasi və iqtisadi cəhətdən uğurlu olub”

Bunu "Sherg.az”a  Prezident İlham Əliyevin Nazirlər Kabinetinin 2018-ci ilin doqquz ayının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan dünənki iclasında səsləndirdiyi "2018-ci il Azərbaycan üçün uğurlu il olmuşdur" fikirlərini dəyərləndirərkən  millət  vəkili Vahid Əhmədov deyib.

Azərbaycanın iqtisadi inkişafını dəyərləndirən deputat bildirib ki, cari ilin 9 ayı ərzində Azərbaycanda Ümumu Daxili Məhsulun miqdarı artıb və ixrac idxalı üstələyib:

 "Neft sənayesinin ixracından başqa qeyri-neft sektorunun ixracı da üstünlük təşkil edib. Cənab Prezidentin qəbul etdiyi Strateji Yol Xəritəsinə və Regionların İqtisadi İnkişafı Proqramına uyğun olaraq Azərbaycanda qeyri-neft sektorunun inkişafına diqqət artırılıb. Hələlik istədiyimiz səviyyədə olmasa da, qeyri-neft ixracı məhsullarının ixracatı xeyli dərəcədə yüksəlib. 2018-ci ildə çox ciddi layihələrə imza atmışıq. İlk olaraq Bakı-Tbilisi-Qars dəmiryolu xətti inşa edilib və istifadəyə verilib. Avropa ilə Asiyanı birləşdirən bu dəmir yolu xəttinin çəkilməsinə mane olmaq istəyən qüvvələr çox idi. Lakin nuna baxmayaraq, layihə uğurla reallaşdı. Sonrakı aylarda TANAP və TAP layihələri ilə bağlı ciddi addımlar atıldı. Artıq layihənin Avropaya qədər olan birinci hissəsi təhvil verilib. 2020-ci ildə ikinci hissəsi istifadəyə veriləcək. Yəni bu ilin 9 ayı bizim üçün uğurlu olub”.

İqtisadçı millət vəkili neftin dünya bazarındakı qiymətinin artmasını da 2018-ci ilin uğurları sırasına daxil edib: 

"Neftin qiymətinin artması Azərbaycan iqtisadiyyatına öz mühüm təsirini göstərib. Dövlət büdcəsi qarşıda duran bütün vəzifələri yerinə yetirib. Sosial investisiya layihələri bu il üçün uğurla həyata keçirilib. Yəni ciddi problemimiz olmayıb. Yeganə problemimiz Dağlıq Qarabağ problemidir ki, uzun müddətdir öz həllini tapmır. Amma buna baxmayaraq, cari ildə mühüm hadisələr baş verdi. Naxçıvanda Azərbaycanın mühüm əraziləri düşmən işğalından azad edildi”.

İsmayıl,
Ayyət