Deputatın qardaşı oğlunun şirkətində küllü miqdarda MƏNİMSƏMƏ FAKTI




Mənimsəmədə təqsirləndirilən 1969-cu il təvəllüdlü Şamil Bədəlovun cinayət işi üzrə məhkəmə başlayıb.
Lent.az-ın məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Rahib Salmanovun sədrliyi ilə keçirilən iclasda təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib.
Məhkəmə baxışı oktyabrın 23-nə təyin edilib.
Qeyd edək ki, Şamil Bədəlov "Azital İnşaat” MMC şirkətinin direktoru vəzifəsində çalışıb. İttihama əsasən o, şirkətin 42 min manat pulunu mənimsəyib.
Ş.Bədəlov Cinayət Məcəlləsinin 179.3.2-ci (mənimsəmə və ya israf etmə, külli miqdarda törədildikdə) maddəsi ilə ittiham edilir.
Onu da qeyd edək ki, "Azital İnşaat” MMC Ramin Vəliyevin adına təsis olununub.
Ramin Vəliyev deputat Ağalar Vəliyevin qardaşı oğludur. Deputat Ağalar Vəliyev həmçinin "Azəraqrartikinti” ASC-nin rəhbəridir.
Direktoru həbs edilən "Azital İnşaat" MMC "Azəraqrartikinti” ASC ilə eyni yerdə - Bakı şəhəri, Yasamal rayonu, Şəfayət Mehdiyev küçəsi 93 ünvanında qeydiyyatdadır.