Deputatın yaxın qohumları dəhşətli qəzada belə həlak oldu
20:21 06.07.2017
Arxiv
747
Bakıda ölümlə nəticələnən yol qəzası baş verib. APA TV-nin xəbərinə görə, hadisə paytaxtın Qaradağ rayonunun Ələt qəsəbəsi ərazisində - "SOCAR” yanacaqdoldurma məntəqəsində baş verib.
"Shacman” markalı yük avtomobili ilə "Daewoo” markalı minik avtomobilin toqquşması nəticəsində 3 nəfər ölüb, 1 nəfər yaralanıb. Hadisə vaxtı "Daewoo”da olan 1992-ci il təvəllüdlü Hacızadə Rövşən Behbud oğlu və qardaşı, 1991-ci il təvəllüdlü qardaşı Hacızadə Üzeyir Behbud oğlu ilə onların xalası oğlu, 1995-ci ildə anadan olmuş Həsənov Həsən Bayraməli oğlu vəfat edib. Maşında olan digər sərnişin, 1995-ci ildə anadan olmuş Qurbanov Nicat İsa oğlu isə ağır xəsarət alıb.
Bildirilir ki, qəzada ölən Həsən Həsənovla ağır yaralanmış Nicat Qurbanov hərbi xidməti başa vurub evə gəlirmiş.
Qəzada ölən və ağır yaralanan əsgərlər ali təhsilli olub. Həlak olan Rövşən və Üzeyir Hacızadə qardaşları millət vəkili Şəmsəddin Hacıyevin qardaşı nəvələridir. Rövşən Hacızadə ailəli olub, onun 1 aylıq körpəsi var. Qardaşlar Bakıda yaşayırmış.
Onu da qeyd edək ki, qəzada dünyasını dəyişən qardaşlar bu gün Ucarın Lək kəndində torpağa tapşırılıb.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Akademik Zərifə Əliyevanın anım günüdür
00:02 15.04.2026
Gündəm
Vaşinqtonda İsrail-Livan danışıqları başa çatıb - YENİLƏNİB
23:20 14.04.2026
Gündəm
Bulvarda gülləri əzənlər bloqerlər imiş - ADLAR
22:25 14.04.2026
Cəmiyyət
“Kefsizsənsə işə gəlmə" izni - BİR İLK
22:02 14.04.2026
Cəmiyyət
Bakının bir sıra yollarında sürət həddi endirildi
22:00 14.04.2026
Cəmiyyət
Zelenski Aİ liderləri ilə müharibəni müzakirə edəcək
21:47 14.04.2026
Dünya
Tramp: 2 gün ərzində nəsə baş verə bilər
21:26 14.04.2026
Gündəm
Oğulları ilə problem istirahətə mane olmur
21:05 14.04.2026
Şou
Anar Bayramov TƏBİB-in İcraçı direktoru təyin edilib
20:23 14.04.2026
Sosial
Tramp Orbanın məğlubiyyətindən məyus olub
19:37 14.04.2026
Dünya
Türkiyənin ən uğursuz olduğu sahə təhsildir - Murat Anar
19:28 14.04.2026
Elm və Təhsil
ABŞ-İran danışıqların növbəti raundunun keçiriləcəyi yer bəlli oldu
19:20 14.04.2026
Dünya
Tramp: Roma Papası başa düşmür ki, İranda 42 min etirazçı öldürülüb
19:19 14.04.2026
Dünya
Tramp növbəti dəfə NATO-nu ittiham edib
18:57 14.04.2026
Dünya