Deputat:"Təhsil işçilərinin maaşı yenidən 10 faiz artırıldı"





"Təhsil işçilərinin obyektiv qiymətləndirilməsi, maaşlarının artırılması üçün nazirlik tərəfindən sistem yaradılıb”.

Bunu "Sherg.az”a təhsil müəssisələrində çalışan işçilərin əmək haqlarının artırılmasına münasibət bildirərkən millət vəkili Vahid Əhmədov söyləyib. 

O vurğulayıb ki, ölkə başçısının sərəncamı ilə yenidən təhsil işçilərinin maaşı 10 faiz artırıldı:

"Təxminən 240-250 min nəfərə yaxın təhsil işçisinin və paralel olaraq, elmi müəssisədə çalışanların da maaşı artırıldı. Bu addımlar ölkədəki inflyasiyanın həddini nəzərə alaraq atılır.

Müəllimlərin, büdcədən maliyyələşən təşkilatların vəziyyətini nəzərə alaraq, dövlət büdcəsindən müəyyən vəsaitlər ayrılıb. Ölkə başçısının bu cür humanist addımlar atmasını yüksək qiymətləndirirəm”.

Qeyd edək ki, prezidentin sərəncamına əsasən, dövlət büdcəsindən maliyyələşdirilən təhsil müəssisələrində (ali təhsil müəssisələri istisna olmaqla) çalışan işçilərin aylıq vəzifə maaşları martın 1-dən orta hesabla 10 faiz artırılıb.

Aysel Aslan