Derbini “Beşiktaş” qazandı





Türkiyə Super Liqasının 32-ci tutunda "Beşiktaş” səfərdə "Qalatasaray”a qalib gəlib və çempionluq üçün çox vacib 3 xalı qazanıb.

 Almaniyalı qolçu Mario Qomesin 76-cı dəqiqədə vurduğu qolla "Qalatasaray”ı məğlub edən "Beşiktaş” mövsümün bitməsinə 2 tur qalmış bir oyun artıq oynamaqla "Fənərbaxça”dan 6 xal irəlidədir. "Beşiktaş” çempionluq yarışında üstünlüyü davam etdirir.

Qeyd edək ki, Mario Qomes bu günkü oyunda vurduğu qolla qollarının sayını 25-ə çatdırıb.