Düzgün qidalanmamaq və ya kifayət qədər su içməmək də miqren ağrılarını artıra bilir
Dərman da təsir etmir
17:25 23.08.2018
Arxiv
800
Ölkədə şiddətli başağrıları yayılıb
Düzgün qidalanmamaq və ya kifayət qədər su içməmək də miqren ağrılarını artıra bilir
Düzgün qidalanmamaq və ya kifayət qədər su içməmək də miqren ağrılarını artıra bilir
Son zamanlar insanlar arasında baş ağrısı şikayəti xeyli artıb. Hətta günlərlə davam edən bu ağrılara ağrıkəsici dərmanlar da xeyir eləmir. Səbəb olaraq havada maqnit şüalarını, təzyiq yüksəkliyini və mövsümü göstərsələr də, ağrıların nədən qaynaqlandığını dəqiq bilmək olmur. Mütəxəssislərin fikrincə, uzun müddət qapalı mühitdə işləmək, havasız qalmaq, monitorlu alətlərdən - telefon, planşetdən istifadə də baş ağrısı yaradır. Ancaq bu ağrıların əsas səbəbi miqrendir.
Əhali arasında baş ağrılarının artmasının səbəblərindən danışan nevroloq Jalə Qarayevanın açıqlamasına görə, miqren müalicəsi mümkün olan nevroloji xəstəlikdir. Bu xəstəliyə kişilərlə müqayisədə qadınlarda daha çox rast gəlindiyini vurğulayan nevroloq deyib ki, qadınların təxminən 20 faizi, kişilərin isə 8 faizi miqrendən əziyyət çəkirlər. J.Qarayevanın sözlərinə görə, miqren zamanı krizlər bəzi insanlarda ildə 1-2 dəfə, bəzilərində isə ay ərzində dəfələrlə görülə bilir. Əksər baş ağrıları isə şiddətli formada baş verir. Miqren ağrılarının digər formalı baş ağrılarından fərqi isə ürək bulanma, bəzən qaytarma və bəzən də səs, işıq və qoxulara olan həssaslığın müşahidəsidir. Lakin miqren diaqnozunun qoyulması üçün həkim müayinəsi əsas şərtdir.
Həkimin sözlərinə görə, miqren yaradan səbəblərin başında genetik faktorlar dayanır. Ailənizdəki fərdlərdən birində miqren varsa, sizdə bu xəstəliyin görülmə riski 40 faizdir. Həm anası, həm atası miqren olan bir insanda isə bu nisbət 75 faizə qədər qalxır: "Miqren ağrılarının digər səbəblərindən biri də hormonal dəyişikliklərdir. Bu səbəb ən çox qadınlarda görünür. Xüsusilə də mensturasiya zamanlarında ağrılar daha da şiddətlənə bilir. Həmçinin bulantı, qusma, işığa və səsə həssaslıq da yarana bilər. Adətən təktərəfli şəkildə güclü ağrılar baş verir.
Miqrenin ən böyük əlaməti şiddətli ağrılardır. Hətta o qədər güclü ola bilər ki, şəxs yerindən qalxa bilməyəcək vəziyyətə belə gələ bilir. Miqrendəki baş ağrısı göz və ya gözün arxasında da hiss edilir. Alın, başın arxa tərəfi və qulağın arxası miqren ağrılarının ən çox hiss edilən nahiyələridir. Baş ağrıları ilə yanaşı depressiya, həddindən çox sevincli olmaq, durğunluq, diqqət azlığı, danışan zaman yaranan çətinlik, əsnəmə, yatmaq istəyi, qəbizlik, ishal da miqrenin əlamətləri sırasındadır. Ən çox bilinən digər əlamət isə qoxulara qarşı həssaslıq hissidir. Bunlar da miqrenin şiddətini artıra bilir”.
Nevroloqun fikrincə, düzgün qidalanmamaq və ya kifayət qədər su içməmək də miqren ağrılarını artıra bilir. Yuxusuzluq belə ağrıları artıra bilər. Çox parlaq və yanıb sönən işıqlar, həmçinin kəskin qoxular və iqlim dəyişiklikləri də miqreninizi artıra bilər. Bununla yanaşı psixoloji vəziyyətlər, qadınlardakı hormonal dəyişikliklər də öz təsirini göstərə bilir: "Miqrenə müsbət təsir göstərən qidalar olmasa da, şiddəti artıran yeməklərdən uzaq durulmalıdır. Kakao, quru lobya, mərcimək, dəniz məhsulları, spirtli içkilər, hazır ət, toyuq suyu bulyonları, pendirlər, qəhvə, əncir, quru üzüm, avokado, banan və s. kimi qidalar miqren ağrılarını şiddətləndirir”.
Qeyd edək ki, miqrenin müalicəsi hər xəstəyə fərdi şəkildə aparılmaqdadır.
Bu cür şikayətləri olan pasiyentlərin keçmiş hekayəsi araşdırılmalı, baş və boyun hissələrinin müayinələri aparılmalı və hər bir xəstəyə uyğun fərdi müalicə başlanılmalıdır. Bu zaman əzələlərin də yoxlanılmasında fayda var. Xəstənin sudan istifadəsi, necə qidalandığı, stress dərəcəsi, ətraf faktorlar dəqiqləşdirilməlidir. Bununla yanaşı, miqren ağrıları digər xəstəliklərə bənzəyə bilir. Aparılan araşdırmalara görə, xəstələrin 53% faizi psixogenik və ya xəstəlikdən sonra psixoloji problemlər səbəbilə baş ağrısından əziyyət çəkirlər.
Bu səbəbdən bütün xəstələrə eyni yanaşmaq doğru deyildir. Nevroloq deyib ki, xronik miqren ağrıları olan insanlarda depressiya hallarına rastlanılır. Xronik miqrenin diaqnozu ilk 3 ay ərzində qoyula bilər. Həmçinin iki gündə bir və ya daha tez krizlər baş verirsə, buna xroniki ağrılar da demək olar. Miqrenin müalicəsi zamanı depressiya hallarının da ortadan qaldırılması əsas rol oynayır.
Şəymən
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Göygöldə bələdiyyənin mühasibi iş otağında ölü tapılıb
01:44 02.11.2026
Hadisə
Bakının bir sıra ərazisində işıqlar sönəcək
01:25 02.11.2026
İnfrastruktur
ABŞ-də təyyarə qəzasında 9 nəfər ölüb - Yenilənib
01:11 02.11.2026
Dünya
ABŞ-da özəl təyyarə küçənin ortasına düşdü: ölənlər var
00:34 02.11.2026
Dünya
Makqreqor karyerasını başa vurur
00:08 02.11.2026
İdman
Öcalan azadlığa çıxdı - Sensasiya
23:51 01.11.2026
Aktual
Fəqan Azadəliyev Dövlət Yol Polisi İdarəsinə rəis təyin olundu
23:30 01.11.2026
Cəmiyyət
Sumqayıtda zəncivari qəza baş verdi
22:02 01.11.2026
Hadisə
“Müharibəyə son qoymalıyıq” - İran Türkiyəni ünvan göstərdi
21:25 01.11.2026
Gündəm
"Şərq"də təkcə yazmağı yox, həyatı da öyrəndim - SEVGİ MƏKTUBU
20:52 01.11.2026
Media
Dədə Qorqud parkında meyit tapıldı
20:33 01.11.2026
Hadisə
Vaşinqton G20 sammitinin əsas gündəliyini açıqlayıb
20:16 01.11.2026
Dünya
ABŞ-da hakimiyyət savaşı qızışır: Tramp Konqresi itirə bilər!
19:46 01.11.2026
Gündəm
Sumqayıtda avtomobil qaz xəttinə çırpıldı
19:03 01.11.2026
Hadisə
"Şərq" təkcə qəzet deyil, həm də bir ailədir...
18:28 01.11.2026
Media