Dərmanları ortalıqda, görünən yerdə saxlamayın!
09:22 08.09.2017
Arxiv
575
Ölkədə uşaq zəhərlənmələri ilə bağlı dəhşətli rəqəm var
Kliniki Tibbi Mərkəzin Toksikologiya şöbəsinə il ərzində 120-140 uşağın dərmandan zəhərlənməsinə görə müraciət edilir.
Trend-in məlumatına görə, bunu Kliniki Tibbi Mərkəzin Toksikologiya şöbəsinin müdiri Azər Maqsudov deyib.
Onun sözlərinə görə, dərmandan zəhərlənən uşaqlar arasında ölüm halları baş versə də, bu say az olur: "Çox zaman evdə nəzarətin olmasına baxmayaraq, uşaqlar imkan tapıb dərmanları qəbul edirlər. Onlar adətən, nənə, babalarının dərmanlarını qəbul edirlər. Bu dərmanlar da əsasən, qan laxtalanmasına, təzyiqə qarşı olur. İndi dərmanların çoxu rəngbərəng, dadı isə şirin olduğundan uşaqlar onlara maraq göstərir və içirlər. Yaxşı olar ki, dərmanlar uşaqların əllərinin çatmadığı yerlərdə qoyulsun”.
Bəzən uşaqların sirkə turşusu da içdiyini deyən A.Maqsudov bildirib ki, sirkə turşusunu əsasən 25-40 yaşlılar və yaşı 60-dan çox olanlar qəbul edirlər:
"Ümumilikdə, sirkə turşusu içənlərin 40 faizi bunu sui-qəsd, qalanları isə affekt vəziyyətində, kimisə qorxutmaq məqsədilə onu qəbul edirlər. 2 xörək qaşığı sirkə turşusu ölümçün sayılır. Lakin bəzən az dozada sirkə turşusu içən xəstə də dünyasını dəyişir, yüksək dozada sirkə içən xəstəni isə xilas etmək mümkün olur. Bu, əsasən, sirkə qəbulu nəticəsində yaranan fəsadların dərəcəsindən asılıdır”.
Təcili Tibbi Yardım Stansiyasının həkimi Şahvələd Məmmədov "Şərq”ə açıqlamasında göstərilən statistikanın doğru olduğunu dedi:
- İl ərzində dərmandan zəhərlənmə sayının uşaqlar arasında 120-140 olması tamamilə mümkündür. Çünki ayda təxminən 10-15 belə hadisə baş verir. Uşaqların dərmandan zəhərlənməsi qeyri-müəyyən şəraitdə olur. Gah çəkməcədə, siyirmədə olan dərmanları qəbul edirlər, gah da masanın üzərində unudulub qalmışları. Burada əsas məsuliyyət valideynlərin üzərindədir. Evdə uşaq varsa, valideyn hər bir məsələdə hədsiz diqqətli olmağa çalışmalıdır. Biz hər zaman pasiyentlərə bunu məsləhət edirik ki, dərman preparatlarını uşaqların əli çatmayacağı, götürə bilməyəcəyi yerə qoyun. Dərman preparatları mütləq ağzı qapalı, qıfıllı, açarlı bir yerdə olmalıdır ki, bəzi nadinc uşaqlar ayaqlarının altına stul qoyub, nə mətbəx masasının üstünə çıxıb, nə də mətbəx dolabının üzərinə dırmaşıb oradakı dərmanları ələ keçirməsinlər.
Amma bəzən nə görürük? Dərmanlar ortalıqda, görünən yerdə, göz önündə saxlanılır. Ən pisi, dərman preparatlarını soyuducuda saxlamağa üstünlük verirlər. Birincisi, dərman preparatlarını soyuducuda saxlamaq qətiyyən yolverilməzdir, tamamilə səhvdir. Hər bir dərman preparatının qutusunun üzərində də, içindəki izahat kağızında da dərmanların saxlanma şəraiti barədə məlumat yazılır. Demək olar ki, əksər dərmanlarla bağlı eyni sözlər yazılır: otaq şəraitində, qaranlıq və sərin yerdə saxlayın, günəş şüalarından qorunan yerdə olsun, rütubətli yerdə olmasın. Və bu da daim vurğulanır: uşaqlardan gizlədin. Bir şey bilirlər ki, bunları yazırlar. Nə edəsən ki, bəzən əhali bu yazılanlara diqqət etmək əvəzinə, İbn Sinalıq "eşqinə düşür”. Guya ki, bu adamlar əczaçılardan daha ağıllı, daha biliklidirlər.
Dərmanları soyuducuya yığırlar. Soyuducu ərzaq, qida məhsulları üçün nəzərdə tutulub. Uşaq da fikirləşər ki, yəqin soyuducudakı şeylərin hamısı yeməlidir. Və belədə götürüb dərman preparatlarını yemək sanıb qəbul edəcək. Ümumiyyətlə, bizdə səhiyyə maarifçiliyi aşağı səviyyədədir. Səhiyyə ilə bağlı sosial reklamlar çox azdır. İnsanlarımız dərman preparatları ilə davranış qaydalarını bilmir. Bir balaca soyuqlayan kimi qaçır aptekə. Antibiotik tərkibli preparatları alır, məhəllə tibb bacısını çağırıb başlayır iynə vurdurmağa. Özündən həkimlik etməyə. Bu məsələdə söhbət uşaqdan gedirsə, xüsusilə ehtiyatlı olmaq lazımdır. Uşaq orqanizmi kövrəkdir, bərkiməyib.
Yanlış bir dərmanın qəbulu uşaqda ağır fəsadlar yarada bilər. Uşaqlarla bağlı yalnız həkim müayinəsi və həkim təyinatı ilə hərəkət edilməli, həkimin məsləhət gördüyü dərmanları almaq lazımdır. Uşaqların yanında tez-tez dərman qəbul etmək də onların fikrini çaşdıra bilir. Kiçik yaşlı uşaqlara bunu başa salmaq çətindir, amma yeniyetmə, məktəbyaşlı uşaqlara dərmanların niyə, hansı səbəbdən qəbul edildiyini desələr, uşağın sağlamlıq, xəstəliklər barədə müəyyən anlayışı, bilgisi olar. Dərmandan zəhərlənmələr dozanın aşılması səbəbindən də olur. Amma burada da daha çox insanların özü günahkar olur, çünki bəzən özbaşına dərman qəbuluna üstünlük verirlər.
Məlahət Rzayeva
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Bakıda anbarda güclü yanğın başladı - FOTO
14:31 25.09.2026
Hadisə
Simonyan Azərbaycanı işarə elədi, Şevtsov hədələdi
14:18 25.09.2026
Gündəm
Braziliya millisində “10 nömrə”nin yeni sahibi müəyyənləşdi
14:11 25.09.2026
Futbol
Elm öyrənməklə əldə olunmur
13:07 25.09.2026
Elm və Təhsil
Tramp İranla danışıqlardan imtina etdi
12:57 25.09.2026
Dünya
“Paşinyan Ermənistanın Azərbaycandan asılı olduğunu bəyan etdi”
12:54 25.09.2026
Gündəm
SEPAH: ABŞ yeddi şərtimizi yerinə yetirənədək müharibə davam edəcək
12:48 25.09.2026
Dünya
Azərbaycan Qran-prisi: Üçüncü sərbəst yürüş başladı
12:39 25.09.2026
İdman
Prezident: Cənubi Qafqazda sülh yeni investisiya dalğası yaradır
12:35 25.09.2026
Gündəm
2015-ci ildən sonra doğulanlara siqaret qadağan ediləcək
12:25 25.09.2026
Sağlamlıq
Azərbaycan Prezidenti İrakli Kobaxidzeyə zəng edib
12:01 25.09.2026
Gündəm
Kartof şirniyyatdan da çox şəkəri qaldırır
11:44 25.09.2026
Sağlamlıq
Prezident İlham Əliyev Tacikistanın Baş nazirini qəbul edib
11:35 25.09.2026
Gündəm
Dövlət qulluğu sahəsində yeni meyarlar müəyyənləşir
11:25 25.09.2026
Aktual