"Diasporumuz yeni standartlarını inkişaf etdirməlidir”
11:12 03.04.2021
Arxiv
588
“Vətən müharibəsi diasporumuzun da qarşısına fəaliyyət istiqamətlərini artırmaq və təkmilləşdirmək üçün yeni öhdəliklər qoyub”.
Bunu “Sherg.az”a açıqlamasında Diaspor Fəaliyyətinə Jurnalistlərin Dəstəyi İctimai Birliyinin sədri Fuad Hüseynzadə deyib.
QHT sədri bildirib ki, artıq xaricdəki soydaşlarımız daha mütəşəkkil şəkildə təbliğat və təşviqatlarını aparmalıdırlar:
“Hər şeydən öncə, təbliğatın ideoloji hədəfləri təyin edilməlidir. Yəni təbliğat mexanizmi ideologiya əsasında həyata keçirilməlidir. Bütün bu fəaliyyətlər həm də çatışmazlıq və boşluqların aradan qaldırılmasına xidmət etməlidir. Məsələn, Vətən müharibəsi zamanı biz müşahidə etdik ki, xaricdə azərbaycanlı və azərbaycanpərəst əcnəbi ekspert azlığı var. Xüsusən, dünya mediasında sözümüzü deyən ekspertlər barmaqla sayılacaq qədər idi. Buna görə də xaricdə soydaşlarımızdan ibarət yeni nəsil jurnalist, politoloq, ekspert komandası yetişməlidir. Bu iş uzunmüddətli strategiya əsasında aparılmalıdır. Yəni bu gün görülən iş gələcək üçün hesablanmalıdır.
Bu baxımdan, xaricdə böyüyən gənclərimizin də universitetlərdə müvafiq istiqamətlər üzrə ali təhsil almasına, yaşadıqları cəmiyətin ictimai-siyasi həyatda fəal olmasına ciddi diqqət yönəldilməlidir. Belə olduqda, onlar ali məktəbi bitirdikdən sonra potensial jurnalist, politoloq olacaqlar. Gənclərimiz, eyni zamanda beyin mərkəzləri ilə işləmli və ya özləri belə bir mərkəz yaradıb həmrəy şəkildə fəaliyyət göstərə bilərlər. Bunun üçün xaricdə yaşadıqları cəmiyyətə inteqrasiya olunan, amma assimliyasiya olmayan gənclər ordusu yaradılmalıdır. Onlar Azərbaycanın xaricdə siması olaraq yaşadıqları ölkələrin media ulduzlarına çevirilməlidirlər”.
F.Hüseynzadə vurğulayıb ki, dünya mediasında Azərbaycanın mövqeyini müdafiə edən əcnəbi politoloq və ya ekspertlərdə də Azərbaycana maraq artırılmalıdır:
“Xaricdəki soydaşlarımız belə insanların tapılması və əməkdaşlıq çərçivəsində iş görülməsini özlərinin fəaliyyət planlarına aid edə bilərlər. Biz Diaspor Fəaliyyətinə Jurnalistlərin Dəstəyi İctimai Birliyi olaraq bu istiqamətlərdə də işimizi aparırıq. Bundan sonra daha da aktiv şəkildə istər xaricdəki gənclərimizin fəallığı, istərsə də Azərbaycanın əcnəbi dostlarının artması yolunda fəaliyyətimizi davam etdirəcəyik. Qeyd etməliyəm ki, pandemiya və postpandemiya dövrü dünyanı yeni dəyişən reallıqda yaşamağa öyrədir. Diasporumuz da bütün hallarda komanda ruhunu itirməməlidir. Yeni şəraitdə fəaliyyət standartlarını inkişaf etdirməlidir”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Netanyahu Trampla İrana hücumların bərpasını müzakirə etdi
22:20 13.10.2026
Gündəm
Arda Turan Türkiyə millisi ilə bağlı qərarını açıqladı
22:02 13.10.2026
Futbol
Ərdoğandan xahiş edəcəyəm ki, müharibəyə qoşulsun
21:17 13.10.2026
Dünya
Ərdoğanın vasitəçiliyi sülhə yol aça bilər, amma bir şərtlə - ŞƏRH
20:32 13.10.2026
Gündəm
Ərdoğandan Səudiyyəyə dəstək...
20:21 13.10.2026
Aktual
Belçikanın Rusiyadakı səfiri XİN-ə çağırılıb
20:13 13.10.2026
Gündəm
Paşinyanın təyyarəsi 5 ay sonra İrəvana qayıtdı
20:05 13.10.2026
Cənubi Qafqaz
Dələduzluq edən dörd nəfər saxlanıldı
19:50 13.10.2026
Hadisə
Barmaq çıtlatmaq zərərlidirmi? - Oynaq iltihabına səbəb olurmu?
19:41 13.10.2026
Sağlamlıq
Dizel sazişi Rusiya və ABŞ-ın maraqlarına cavab verir
19:39 13.10.2026
Aktual
Polis 2 kiloqram narkotik vasitə aşkarladı
19:26 13.10.2026
Hadisə
Tom Berendsen Azərbaycana rəsmi səfər edəcək
18:42 13.10.2026
Siyasət
İqtisadi Şuranın növbəti iclası oldu
18:27 13.10.2026
İqtisadiyyat
Milli Məclisin növbəti iclasının tarixi və gündəliyi məlum olub
18:12 13.10.2026
Siyasət