DİM saxta hesablarla bağlı xəbərdarlıq etdi - "İnstagram"da...
10:52 15.05.2019
Arxiv
637
Son günlər "İnstagram" sosial şəbəkəsində Dövlət İmtahan Mərkəzinin (DİM) icazəsi olmadan bir neçə saxta hesab yaradılıb. Bu barədə DİM-dən məlumat verilib.
Bildirilib ki, aparılan araşdırmalar zamanı bu hesablarda tələbə qəbulu kampaniyasının gedişi, dövlət qulluğuna qəbul, müxtəlif hazırlıq kurslarının reklamı, eləcə də Dövlət İmtahan Mərkəzinin fəaliyyətinə dair təhrif olunn məlumatlar yerləşdirildiyi məlum olub: "Bəzi hesablar "profil" və "cover" fotoları üçün Mərkəzin loqotipindən (emblemindən) istifadə etməklə istifadəçiləri aldadır, öz fəaliyyətlərinə rəsmi xarakter verməyə çalışırlar. Bu tip səhifələr Dövlət İmtahan Mərkəzinin yaydığı məlumatlara istinad etmədən onların üzünü köçürməklə öz səhifələrində paylaşım edirlər. İstifadəçilərin onlara ünvanladığı suallara da təhrif olunan, yanlış cavablar verirlər.
Xatırladaq ki, Azərbaycan Respublikasının "Dövlət İmtahan Mərkəzi” söz birləşməsi və loqotipi (emblemi) Azərbaycan Respublikasının əmtəə nişanlarının Dövlət reyestrində qeydiyyata alınmış ona məxsus əmtəə nişanıdır.
"Əmtəə nişanları və coğrafi göstəricilər haqqında” Azərbaycan Respublikası Qanununun 32-ci maddəsinə uyğun olaraq Dövlət İmtahan Mərkəzinin razılığı olmadan ona məxsus əmtəə nişanından istifadə edilməsi qeydə alınmış əmtəə nişanına dair hüquqların pozulması sayılır.
Dövlət İmtahan Mərkəzi tərəfindən ona məxsus əmtəə nişanlarından qanunsuz istifadə etməyə yol vermiş şəxslər və qurumların Azərbaycan Respublikasının inzibati və cinayət qanunvericiliyinə uyğun olaraq məsuliyyətə cəlb olunması ilə bağlı müvafiq tədbirlər görüləcək.
İstifadəçilərə daha diqqətli olmağı və Dövlət İmtahan Mərkəzinin adından yaradılmış saxta "İnstagram" hesablarına üzv olmamağı tövsiyə edirik. Xeyli vaxtdır ki, mərkəzin rəsmi "İnstagram" hesabı (https://www.instagram.com/stateexamcenter/) fəaliyyət göstərir. Artıq minlərlə istifadəçi mərkəzin fəaliyyətinə, qəbul kampaniyasına dair ən yeni və zəruri məlumatları bu hesabdan əldə edir. Əgər Siz də mərkəzin təqdim etdiyi məlumatları operativ şəkildə əldə etmək və sizi maraqlandıran suallara cavab tapmaq istəyirsinizsə, göstərilən hesaba üzv olun. "İnstagram"da yaradılan saxta hesabların təqdim etdiyi məlumatlara görə Dövlət İmtahan Mərkəzi heç bir məsuliyyət daşımır".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Rusiya Türkiyə gəmisinə zərbə endirdi: ölənlər var
23:16 19.07.2026
Dünya
DÇ-2026, final: Argentina-İspaniya - Start heyətlər
22:56 19.07.2026
Futbol
İordaniya İrana nota verdi
22:38 19.07.2026
Dünya
KİV: İranın daxili işlər naziri Pakistana səfər edəcək
22:17 19.07.2026
Dünya
Əraqçi: İran ABŞ ilə danışıqları bərpa etməyə razılaşıb
21:57 19.07.2026
Gündəm
Putin Şimali Koreyanın XİN başçısı ilə görüşdü
21:32 19.07.2026
Dünya
"ChatGPT" çökdü
21:11 19.07.2026
Texnologiya
Türkiyədən Yunanıstana etiraz...
20:49 19.07.2026
Gündəm
FHN çimərliyə gedənlərə xəbərdarlıq etdi
18:57 19.07.2026
Ekologiya
Abbas Əraqçi: Hələ Müctəba Xamenei ilə görüşməmişəm
18:05 19.07.2026
Region
BMT-də Azərbaycanın iqlim və şəhərsalma təcrübəsindən danışılıb
17:13 19.07.2026
Siyasət
Türkiyənin müdafiə naziri Şimali Kiprə gəlib
16:14 19.07.2026
Region
Rusiya Xarkova zərbə endirib, 3 nəfər ölüb, 16 yaralı var
15:57 19.07.2026
Dünya
İranın bu hərəkəti vecimə deyil - Tramp
15:38 19.07.2026
Dünya
Mbappe məğlubiyyəti şərh etdi: Deşama görə...
15:01 19.07.2026
Futbol
Xamenei İranda deyil - KİV
14:45 19.07.2026
Region