DİN biznesmenin qətli ilə bağlı məlumat yaydı






Daxili İşlər Nazirliyi Göyçayda törədilmiş qətllə bağlı məlumat yayıb. Nazirliyin mətbuat xidməti xəbər verir ki, iyunun 30-da Ağdam rayon sakini Sərxan Süleymanov Göyçay RPŞ-yə zəng edib mayın 16-da bacısı Nargiləni qaçırmış Göyçay şəhər sakini Orxan Quliyevi bıçaqla qətlə yetirməsini bildirib. Göyçay RPŞ əməkdaşları tərəfindən aparılmış araşdırmalarla S.Süleymanovun iyunun 30-da ünvanı səhv salaraq Göyçay şəhərində yaşayan Cəbrayıl Kərimovun evinə açıq qalmış qapıdan girərək onu yatmış halda bıçaqla qətlə yetirməsi müəyyən edilib.
Həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri ilə S.Süleymanov tutulub.
Araşdırma aparılır.