Şirvan Şəhər Polis Şöbəsində (ŞPŞ) yeni kadr təyinatı olub.
"Sherg.az" Report-a istinadən xəbər verir ki. bununla bağlı Daxili İşlər naziri, general-polkovnik Vilayət Eyvazov müvafiq əmr imzalayıb.
Əmrə əsasən, polis mayoru Ramil Salayev Şirvan ŞPŞ-nin əməliyyat işləri üzrə rəis müavin təyin olunub.
Qeyd edək ki, R.Salayev bu təyinata qədər Şirvan ŞPŞ-nin istintaq bölməsinin rəisi vəzifəsində çalışıb.