DİN Nardaranda əməliyyat keçirilməsinə münasibət bildirib
20:51 02.03.2016
Arxiv
831
Naməlum şəxslər boya ilə silinmiş dini şüarların üzərindən “Allahu Əkbər”, “Ya Əli” kimi dini şüarlar yazıblar
Daxili İşlər Nazirliyi (DİN) Nardaranda 32 nəfərin saxlanılması ilə bağlı yayılan məlumatlara münasibət bildirib.
Nazirliyin mətbuat xidmətinin rəis müavini Ehsan Zahidov APA-ya açıqlamasında bildirib k, son günlər Sabunçu rayonunun Nardaran qəsəbəsində, bəzi KİV-in iddia etdiyinin əksinə olaraq, daxili işlər orqanları tərəfindən 32 nəfərin həbsi ilə nəticələnmiş hər hansı genişmiqyaslı əməliyyat tədbiri həyata keçirilməyib.
"Ölkənin hər yerində olduğu kimi, burda da hər şey öz qaydasındadır, hüquq-mühafizə orqanları tərəfindən qəsəbədəki kriminogen duruma tam nəzarət olunur. Sadəcə olaraq, Nardaran hadisələri ilə bağlı qaldırılmış cinayət işi üzrə aparılan istintaq-əməliyyat tədbirlərinin davamı olaraq dindirilmələrinə zərurət yaranmış 7 nəfər saxlanılıb”, - deyə o bildirib.
16:07
"Martın 1-ə keçən gecə Bakının Nardaran qəsəbəsinin küçələrində divarlara naməlum şəxslər tərəfindən dini şüarlar yazılıb”.
Bunu APA-ya açıqlamasında Nardaran sakini Hacıağa Nuri deyib.
O bildirib ki, naməlum şəxslər boya ilə silinmiş dini şüarların üzərindən "Allahu Əkbər”, "Ya Əli” və müxtəlif dini şüarlar yazıblar. Onun sözlərinə görə, hadisə ilə bağlı polis araşdırmalara başlayıb, saxlanılanlar var: "Polislər hadisədən xəbər tutduqdan sonra sakinləri 42-ci polis bölməsində ifadə verməyə çağırıblar. Saxlanılan zaman polisə müqavimətə görə 8 nəfərə inzibati qaydada 15-20 sutka həbs verilib. Saxlanılan 32 nəfərdən 30-u ifadəsi alındıqdan sonra sərbəst buraxılıb”.
H. Nuri qeyd edib ki, baş verən hadisə ilə bağlı Bakı Şəhər Baş Polis İdarəsi, Sabunçu Rayon Polis İdarəsinin vəzifəli şəxsləri və 42-ci polis bölməsinin rəisi ilə kənd ağsaqqalları arasında görüş keçirilib: "Görüş zamanı biz bu hadisəni qətiyyətlə pislədik və təxribat olduğunu dedik. Biz də bu hadisəni törədənlərin tezliklə müəyyənləşib aşkara çıxarılmasını istəyirik”.
Sabunçu Rayon Polis İdarəsinin 42-ci Polis Bölməsindən isə APA-ya Nardaranda 32 nəfərin saxlanılması barədə məlumatsız olduqlarını bildiriblər.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Rafinya Ronaldinyoya çatdı
13:07 04.11.2026
Futbol
Bakıda noyabrın 9-a qədər yağış yağacaq - XƏBƏRDARLIQ
12:55 04.11.2026
Ekologiya
NATO Rusiya ərazisinə zərbə endirə bilər
12:48 04.11.2026
Gündəm
Göygöldə yol qəzasında iki nəfər xəsarət alıb
12:27 04.11.2026
Hadisə
Dəfnə görə ödənilən müavinətin məbləği artırılır
12:10 04.11.2026
Aktual
AzTV 100 illik yubileyə həsr olunmuş çarx yayımlayıb - VİDEO
12:09 04.11.2026
Media
DSMF-nin növbəti il üçün gəlir və xərcləri açıqlanıb
11:57 04.11.2026
İqtisadiyyat
Azərbaycanın xalis maliyyə aktivləri 110 mlrd. manata çatıb
11:47 04.11.2026
İqtisadiyyat
Polis bir gündə 1 qumbaraatan və 5 tüfəng götürdü
11:07 04.11.2026
Hadisə
Karapetyanların evlərində axtarış aparılır - YENİLƏNDİ
10:47 04.11.2026
Region
Qazaxda 15 yaşlı yeniyetmə həmkəndlisini bıçaqlayıb
10:21 04.11.2026
Hadisə
Obama Trampın partiyasının seçkidəki məğlubiyyətinə reaksiya verdi
10:19 04.11.2026
Gündəm
Tramp İrana yeni zərbələr endirmək planının olmadığını açıqlayıb
10:05 04.11.2026
Gündəm