"Fikrimcə, bir neçə aydan sonra avtomobillərin qiymətində az da olsa azalmalar müşahidə ediləcək"
Dizellə işləyən maşınlar bahalaşdı
13:42 08.09.2017
Arxiv
1567
Bunun səbəbi həmin yanacaqla işləyən avtomobillərə tələbatın artmasıdı
"Fikrimcə, bir neçə aydan sonra avtomobillərin qiymətində az da olsa azalmalar müşahidə ediləcək"
"Fikrimcə, bir neçə aydan sonra avtomobillərin qiymətində az da olsa azalmalar müşahidə ediləcək"
"Aİ-98 Super" markalı benzinin qiyməti bahalaşıb. Bununla da yaxın günlər ərzində digər markalı benzinlərin - xüsusilə dizelin qiymətində artım olacağına dair fikirlər var.
Gündəmin əsas mövzularından biri də dizel yanacağı ilə işləyən maşınların qiymətinin artmasıdır. Vətəndaşların iddialarına görə, maşın bazarında dizel ilə çalışan avtomobillərin qiymətində bahalaşma var. Ekspertlər düşünür ki, qiymət artımına səbəb olan əsas amil benzinin qiymətinin artmasıdı.
Bunu fürsət bilən bazar satıcıları qiymətləri aşağı salmağı düşünmürlər.
Qeyd edək ki, avqust ayı ərzində həm ənənəvi maşın bazarında, həm də "online" maşın satışında aktivlik aşağı səviyyədə olub. Satışların aşağı səviyyədə olmasına baxmayaraq, avtomobili ucuz qiymətə satmaq satıcılar üçün əlverişli deyil.
İqtisadçı-ekspert Natiq Cəfərlinin "Şərq"ə açıqlamasına görə, benzinlə dizel arasındakı qiymət fərqinin çox yüksək olması dizel ilə işləyən avtomobillərə tələbatı artırıb. Ekspert bildirib ki, burda mövsümi amillər də mühüm rol oynayır. Yay aylarının avtomobil mövsümü olduğunu deyən iqtisadçı bu aylarda maşınların qiymətində bahalaşma olduğunu diqqətə çatdırıb:
"Bu il benzinin qiymətinin artması ilə əlaqədar olaraq dizel ilə işləyən maşınların qiyməti qalxıb. Ümumiyyətlə, yay mövsümündə hətta benzinlə işləyən avtomobillərin də qiymətində artım müşahidə olunur. Səbəblər isə müxtəlifdir. Əsas səbəb bundan ibarətdir ki, Avropadan gətirilən maşınlar avro ilə alınır və bu avtomobillərin qiymətinin artması təbiidir. İlin əvvəllindən bu günə avro manat qarşısında 15 faiz dəyər qazanıb, yəni manat bir neçə aydır dollara qarşı sabit olsa da, avro qarşısında dəyərini itirdi. Beləliklə bu, Avropadan gələn maşınların qiymətinə yansıdı.
Digər səbəb budur - hökumət artıq 2 ilə yaxındır ki, 2005-ci ildən aşağı Avropa istehsalı və 2015-ci ildən aşağı Asiya istehsalı olan maşınların ölkəyə gəlməsinə qadağa qoyub. Bu da ekoloji standartlarla əlaqədar idi. Həmin avtomobillər artıq müasir ekoloji standartlara cavab vermir.
Beləliklə bu avtomobillərə tələbat artdı və ölkəmizə gəlmədiyi üçün qiymətlərdə artım müşahidə edildi.
Bahalaşmanın başqa səbəbi isə yeni maşınların qiymətinin devalvasiyadan sonra kəskin şəkildə qalxmasıdır.
Məsələn,15-20 min civarında olan yeni maşınlar artıq ikiqat baha qiymətə satılır. Artıq vətəndaş görür ki, salonda onun maşınının yeni versiyası 35-40 min manata qədər bahalaşıb".
İqtisadçı bildirib ki, hazırda ölkəmizdə çox qəribə bir durum yaranıb. Qiymət qalxıb, amma alıcılıq aşağı səviyyədədir. İqtisadiyyatın qanunlarına görə isə alıcılar yoxdursa və bazarda dövriyyə azalıbsa, qiymətlər aşağı düşməlidir:
"Fikrimcə, bir neçə aydan sonra avtomobillərin qiymətində az da olsa azalmalar müşahidə ediləcək. Maşınların bahalaşmasının digər sahələrə birbaşa təsiri o qədər də böyük deyil. Amma daşımalarda, ticarətdə istifadə olunan avtomobillərin qiymətinin artması daşıma xərclərini də artırır. Bu da nəticə etibarı ilə həm ərzaq, həm də qeyri-ərzaq məhsullarının qiymətinə təsir göstərə bilər. Qiymət artımına səbəb olan əsas amil isə təbii ki, benzinin qiymətinin bahalaşmasıdı".
Yeganə Bayramova
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Bakıda anbarda güclü yanğın başladı - FOTO
14:31 25.09.2026
Hadisə
Simonyan Azərbaycanı işarə elədi, Şevtsov hədələdi
14:18 25.09.2026
Gündəm
Braziliya millisində “10 nömrə”nin yeni sahibi müəyyənləşdi
14:11 25.09.2026
Futbol
Elm öyrənməklə əldə olunmur
13:07 25.09.2026
Elm və Təhsil
Tramp İranla danışıqlardan imtina etdi
12:57 25.09.2026
Dünya
“Paşinyan Ermənistanın Azərbaycandan asılı olduğunu bəyan etdi”
12:54 25.09.2026
Gündəm
SEPAH: ABŞ yeddi şərtimizi yerinə yetirənədək müharibə davam edəcək
12:48 25.09.2026
Dünya
Azərbaycan Qran-prisi: Üçüncü sərbəst yürüş başladı
12:39 25.09.2026
İdman
Prezident: Cənubi Qafqazda sülh yeni investisiya dalğası yaradır
12:35 25.09.2026
Gündəm
2015-ci ildən sonra doğulanlara siqaret qadağan ediləcək
12:25 25.09.2026
Sağlamlıq
Azərbaycan Prezidenti İrakli Kobaxidzeyə zəng edib
12:01 25.09.2026
Gündəm
Kartof şirniyyatdan da çox şəkəri qaldırır
11:44 25.09.2026
Sağlamlıq
Prezident İlham Əliyev Tacikistanın Baş nazirini qəbul edib
11:35 25.09.2026
Gündəm
Dövlət qulluğu sahəsində yeni meyarlar müəyyənləşir
11:25 25.09.2026
Aktual