Donor tapılıb, aktyor əməliyyat olunacaq

Rəhim Rəhimov: “Əhvalım pis olanda məni depressiyadan Vüsalə Əlizadə çıxarır”




Abdulla Şaiq adına Azərbaycan Dövlət Kukla Teatrının aktyoru Rəhim Rəhimovun səhhətində yaranan ciddi problem mətbuatın diqqət mərkəzində qalır. Gənc aktyor böyrək çatışmazlığı xəstəliyindən əziyyət çəkir.

Böyrəklərində yaranan problemlə bağlı Rəhim Rəhimov bir müddət əvvəl xəstəxanada müalicə olunub. Həkimlər aktyora böyrək çatışmazlığı diaqnozu qoyublar. Aktyorun vəziyyəti bir neçə gün əvvəl yenidən kəskinləşib. Sonuncu həkim müayinəsi zamanı məlum oldu ki, böyrəklərimin fəaliyyəti 29 faizə düşüb. Bir ay əvvəl bu göstərici 35 faiz idi. Günü-gündən böyrəklərimin

fəaliyyəti zəifləyir. Həkimlər deyirlər ki, dializə girmədən təcili böyrək köçürülmə əməliyyatı aparılmalıdır. Mətbuat sağ olsun ki, mənim səhhətimlə maraqlanır. Bir neçə gün vəziyyətim pis oldu. Deyəsən bir az pəhrizimi pozmuşdum. Üzüm yemişdim. Deyəsən o bir az böyrəyimə təsir etdi. İstəyirəm Türkiyəyə müalicəyə gedim. Həkimlər deyir ki, öz böyrəyin bərpa olsa, daha yaxşı olar. Nə qədər yeni böyrək qoyulsa da, bəzən fəsad verir. Orqanizm qəbul edə bilmir yeni böyrəyi. Heydər Əliyev Fonduna da müraciət etmişəm. Amma hələ cavab gəlməyib”.

Gənc aktyor donor tapılmasına da münasibət bildirdi: "Uzaq qohumlarımızdan biri mənə donor olmaq istəyir. Yaşlı qadındı. 55 yaşdan çox yaşı var. Qan qrupumuz uyğun gəlir, amma hələ müayinədən keçməlidir. Əgər uyğun gəlsə, əməliyyata gedəcəm. Heç bilmirəm necə olacaq. Avqustun 2-də müayinə olacam yenidən. Elə həmin donor da müayinədən keçəcək. Əgər uyğun olsa, əməliyyat ola bilər. Uroloji klinikada müalicə alıram. Orada məni Fariz Babayev müalicə edir. Neftçilər Xəstəxanasında isə əməliyyat aparılmalıdı. Neftçilər Xəstəxanasında məni Elnur Fərəcov müayinə edir. Əməliyyatımı isə əgər qismət olsa, Mircəlal həkim aparacaq. Sözün düzü, narahatlığım çoxalır. Yenə dostlarım sağ olsunlar ki, mənə mənəvi dəstək olurlar. Əhvalım pis olanda məni depressiyadan çıxara bilirlər. Aparıcı Vüsalə Əlizadə mənə çox dəstək olur. Onunla gözəl dostluğumuz var. Vaxtilə o da böyrəyindən əziyyət çəkən insan olub, deyir ki, əsas özünə əmin ol, inşallah sağalacaqsan. Belə sözlər deyiləndə mən bir az sakitləşməyə çalışıram. Vallah, dostlarım, tanışlarım da olmasa, özümü pis hiss edərəm”.

Xatırladaq ki, Rəhim Rəhimov 1979-cu ildə Bakıda anadan olub. 1995-ci ildə Bakı şəhər 206 saylı orta məktəbi bitirərək Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin kütləvi tamaşaların rejissoru fakültəsinə daxil olub. 2001-ci ildə həmin universitetin teatrşünaslıq ixtisası üzrə magistraturasını bitirib. 1997-ci ildən Abdulla Şaiq adına
Azərbaycan Dövlət Kukla Teatrında işləyir.

Tahirə