Dörd yaşlı uşaq 3 yaşlı qardaşını tüfənglə vurdu

Odlu silahların saxlanması ilə bağlı əhali arasında maarifləndirmə işləri aparılmalıdır
“Silah oyuncaq deyil ki, ortalıqda, uşaqların əlinin çatdığı yerdə saxlanılsın. Ov tüfəngi də odlu silahdır və valideyn onu uşaqdan gizlətməlidir”



İlqar Altay: "Təəssüf ki, biz bu cür ehtiyatsızlıqdan baş verən azyaşlı ölümlərinin az şahidi olmamışıq!”

Lalə Mehralı: "Böyüklərin soyuqqanlılığı, etinasızlığı bu kimi hadisələrəsəbəb olursa, onda silahların sənədli-qanuni olması məsələsi bir daha düşünülməli, mülki vətəndaşın silah saxlamasına icazə verilməməlidir”

Azərbaycan qanunvericiliyinə görə, müvafiq sənədləri hazırlayan hər bir şəxsə silah almağa
icazə verilir. İstənilən mülki və ya fiziki şəxs tələb olunan sənədləri aidiyyəti orqanlara təqdim
edəndən sonra silah ala bilir. Amma əsas məsələ həmin silahlara nəzarət mexanizminin düzgün
qurulmamasındadır. Məhz bu çatışmazlıq səbəbindən də əldə olan silah bir gün mütləq partlayır.
Eyni ilə Zahirzadələr ailəsinə məxsus olan ov tüfəngi kimi... Qeyd edək ki, Astarada uşaq babasına məxsus tüfənglə ehtiyatsız davranaraq qardaşına xəsarət yetirib. Daxili İşlər Nazirliyindən verilən məlumata görə, noyabrın 13-də Astara rayonunun Siyəkü kəndində yaşayan 4 yaşlı Elvin Zahirzadənin babasına məxsus tir tüfəngi ilə ehtiyatsız davranması nəticəsində açılmış atəşlə 3 yaşlı qardaşı Güloğlana xəsarət yetirib. Uşaq xəstəxanaya yerləşdirilib. Faktla bağlı araşdırma aparılır.
Zaman- zaman azyaşlıların yaralanması, bəzən isə ölümü ilə nəticələnən bu cür bədbəxt
hadisələrə şahid olsaq da, problem həll olunmadan qalıb. Yəni qabaqlayıcı tədbirlər görülməsə, azyaşlıların silahla ehtiyaysız davranaraq özlərinə və doğmalarına zərər verməsi halları son da olmayacaq. Azərbaycan cəmiyyəti bu hadisədən nəticə çıxarmalı və evlərdə olan silahların xüsusilə uşaqlar üçün bir təhlükə meydana gətirməsi faktını unutmamalı, silah saxlama mövzusunda məlumatlı olmağın əhəmiyyətini dərk etməlidirlər. Ekspertlər hər şeydən əvvəl uşaqların kiçik yaşlarından silahlardan istifadə zamanı baş verə biləcək pis nəticələr haqqında məlumatlandırılması və silahların bir oyuncaq olmadığına inandırılmasının zəruri olduğunu hesab edir. Həmçinin də evdə saxlanılan silahların içinin boş və silah ilə güllələrinin ayrı yerlərdə olmasının vacibliyinə diqqət çəkiblər.

İctimai Tədqiqatlar Mərkəzinin rəhbəri, kriminalist-ekspert İlqar Altayın sözlərinə görə, evdə
silah saxlayan şəxslər hər şeydən əvvəl onun etibarlı yerdə olduğuna qəti şəkildə əmin
olmalıdırlar. Silah sahibindən başqa digər ailə üzvlərinin heç biri, xüsusilə də uşaqlar evdə olan
silahın yerini bilməməlidir:   

"Evdə silah saxlanması qaydaları qanunvericilikdə də öz əksini tapıb. Ov tüfəngi və ya təyinatlı silah olmasından asılı olmayaraq, bütün silahlar Daxili İşlərNazirliyinin müvafiq bölmələrinin nəzarətində olmalıdır. Bundan əlavə odlu silahların saxlanması ilə bağlı əhali arasında maarifləndirmə işləri aparılmalı, sərt xəbərdarlıqlar edilməlidir. Polis idarəsinin müvafiq şöbə əməkdaşları vaxtlı-vaxtında həmin silahların saxlanması ilə maraqlanmalıdırlar”.

İ.Altayın sözlərinə görə, evdə saxlanılan silahla ehtiyatsız davranma zamanı çox ailələrdə
bədbəxt hadisələr baş verib. İş praktikasında bu cür hadisələrlə çox rastlaşdığını vurğulayan
kriminalist bütün bunların fonunda deyib ki, silah təhkim olunan şəxs öz məsuliyyətini dərk
etməlidir: "Son illərdə evdə silahların saxlanması halları geniş vüsət alıb. Nəzarət strukturları isə
çox azdır. Rayonlarda cəmi bu sahə ilə məşğul olan bir struktur var. Daha yaxşı olar ki, ayrı-ayrı
polis bölmələrində də müvafiq şöbələr yaradılsın”.

Astarada baş verən hadisənin bir növ valideyn məsuliyyətsizliyi olduğunu vurğulayan kriminalist
silah sahibinin də günahkar olduğunu hesab edir: "Silah bir adama verilir, bütün ailəyə təhkim
olunmur ki? Silah kimin adınadırsa, həmin adam da cavabdehdir. Silahın yerini ondan başqa heç
kim bilməməli, kimsənin əlinə keçməməlidir. Silah oyuncaq deyil ki, ortalıqda, uşaqların əlinin
çatdığı yerdə saxlanılsın. Əks halda, adi bir laqeydlik bu cür dəhşətli, bəzən də geri dönüşü
olmayan hadisələrə səbəb ola bilir. Ov tüfəngi də odlu silahdır və valideyn onu uşaqdan
gizlətməlidir. Uşağı başa salmalıdır ki, tüfəng oyuncaq deyil, insan həyatı üçün təhlükəlidir və s.
Heç kəs təhlükədən sığortalanmayıb, ani bir diqqətsizlik çox böyük faciələrə yol açır. Əgər
həmin ov tüfənginin sahibi silahın saxlanması ilə bağlı tələb olunan qaydalara düzgün əməl etsə
idi, bu gün başlarına belə bir faciə də gəlməzdi. Xoşbəxtlikdən həmin uşaq sadəcə xəsarət alıb.
Təəssüf ki, biz bu cür ehtiyatsızlıqdan baş verən azyaşlı ölümlərinin az şahidi olmamışıq!”.


"Sağlam Toplum” İctimai Birliyinin sədri, sosioloq Lalə Mehralı isə mülki şəxslərin evdə silah
saxlanmasının doğru olmadığını deyib. Onun sözlərinə görə, lap sənədi-pasportu olan ov tüfəngi
olsa belə, sadə vətəndaşın evində odlu silah saxlaması yolverilməzdir: 

"Əvvəla ona görə ki, bucür hadisələr baş verə bilər, bundan heç kim sığortalanmayıb. Axı azyaşlı uşaq nə bilir onuntəhlükəli olduğunu? Hər gün efirdə, filmlərdə gördüyü bir şeyin evlərində olması onun marağına səbəb olacaqdı, bu aksiomadır. O silahı əlinə götürən uşağın bir xəta törədəcəyi də məlum idi.
Bu dəfə yaralanma olub, amma ölüm hallarını azmı görmüşük? İstənilən halda silah təhlükəlidir,
bunu anlamaq çox çətin deyil. Böyüklərin soyuqqanlılığı, etinasızlığı bu kimi hadisələrə səbəb
olursa, onda silahların sənədli-qanuni olması məsələsi bir daha düşünülməli, mülki vətəndaşın
silah saxlamasına icazə verilməməlidir. Başa düşürəm, ailə yadigarı ola bilər, babadan, atadan
qalmış qiymətli xatirə ola bilər, amma bu yadigarın bir insan ölümünə səbəb ola biləcəyi ehtimalı
da düşünülməlidir. Buna görə etibarlı yerdə mühafizə edilməlidir. Lap elə lazımi orqana təhvil
verilib mühafizə edilməsini qanuni yolla sənədləşdirmək olar”.

Sosioloq hesab edir ki, məsələnin ikinci tərəfi də həmin silahla qanunsuz edilən ov problemidir:
"Aydındır ki, ölkəmizin bəzi bölgələrində ov sərbəst olsa da, ovlamağa bir heyvan olmadığı
üçün ovçular qadağan olunmuş ərazilərdə, qoruqlarda ov axtarırlar. Bunun nəticəsində də
ovlanması qadağan edilmiş heyvanı öldürdüyünə görə cərimə olunurlar”.

Şəymən