Dövlət Baxçalıdan yeni xəbərdarlıq: "Səhvi bilərək işlətmək..."




MHP lideri Dövlət Baxçalı, Konstitusiya dəyişikliyi ilə bağlı, "Səhvi bilərək işlətmək, sonra səhvin fakturasından qorxub gerçəyi saxlamaq bir təlaşın təzahürüdür. 

Siyasət tarixi bunlarla doludur. Biz səhv etmirik ki, təlaşa qapılaq. Biz millət üçün "bəli", dövlət üçün "bəli", Respublika üçün "bəli", türklüyün davamlılığı üçün "bəli" deyirik." deyə bildirib.

MHP liderinin tweet-i belədir:

Yeni bir referendum ərəfəsindəyik. Türk millətinin sapmaz  və məqsədəuyğun iradəsi bir dəfə də təcəlli edəcək. Bu anı səbirlə gözləməliyik.