"Dövlət qaçqın və məcburi köçkünlərimizə hər zaman dayaq olub" - Ekspert
11:33 26.12.2018
Arxiv
498
"Prezident tərəfindən xeyli sayda regional layihələr həyata keçirilib. Həmin layihələrdən biri də məcburi köçkünlərimizin məişət şəraitinin yaxşılaşdırılması ilə bağlıdır”.
Bu sözləri "Sherg.az”a açıqlamasında iqtisadçı-ekspert Fuad İbrahimov deyib.
Ekspert bildirib ki, dövlət qaçqın və məcburi köçkünlərimizə hər zaman dayaq olub:
"Hazırda 1 milyondan artıq soydaşlarımız məcburi köçkün həyata yaşayır. Şüphəsiz ki, bu durumu müsbət şəkildə bərpa edəcəyik. İqtisadi cəhətdən dövlətimizin inkişafı olmasaydı, karbohidrigen ehtiyatlarımız, yəni neftimiz iqtisadi dövriyəyə cəlb edilməsəydi, qaçqınlarımızın mənzil şəraitinin yaxşılaşdırılması ilə bağlı işləri görmək çətin olardı. 1993-cü ildən başlayaraq, ulu öndər Heydər Əliyev hakimiyyətə gələndən sonra dövlət quruculuğunu nəzərə alaraq ardıcıl şəkildə neft ehtiyatlarımızı iqtisadi dövriyyəyə cəlb etdi.
Sonra isə davamçı olaraq cənab prezident İlham Əliyev tərəfindən böyük layihələr həyata keçirildi. İqtisadi qüdrətimiz olduğu halda prezidentin ilk siyasəti məcburi köçkünlərimiz üçün normal həyat şəraitinin yaradılması idi. Çünki məlum səbəblərdən və səhnəarxası siyasi məqamlardan asılı olaraq torpaqlarımızı azad edə bilmirik. Bizə təsir göstərirlər ki, məsələni sülh yolu ilə həll edək və bu proses uzanır.
Uzandıqca isə insan ömrü gedir. Ölkə başçısı imkan verməz ki, məcburi köçkünlərimiz tamamilə dözülməz şəraitdə yaşasınlar. İmkan daxilində qaçqınlar üçün şəraitlər yaradılır. Bütün bunlar hər kəs tərəfindən yüksək dəyərləndirilməlidir. Dövlətin ilk növbədə borcu odur ki, vətəndaşlarına yaxşı şərait yaratsın. Bu nöqteyi nəzərdən prezidentimizin gördüyü işlər heç bir ölçü vahidi ilə ölçülmür və müsbət qiymətləndirilir”.
Qeyd edək ki, bu günə qədər 290 minədək qaçqın və məcburi köçkünlərimizin mənzil-məişət problemlərinin həlli istiqamətində mühüm addımlar atılıb. Ötən il dövlət tərəfindən 12 min, bu il isə 20 min köçkün(5800) ailə yeni mənzillə təmin edilib.
Yeganə Bayramova
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Nazirliklə "Veysəloğlu" arasında memorandum imzalanacaq
14:28 02.09.2026
Ölkə
DİN: Dövlət qurumlarının adından edilən zənglərə aldanmayın!
14:06 02.09.2026
Aktual
Prezident İlham Əliyev Çin Baş prokurorunu qəbul edib
14:03 02.09.2026
Gündəm
ABŞ-ın İrana son hücumunda SEPAH-ın 4 əməkdaşı ölüb
13:07 02.09.2026
Gündəm
Şimali Kipr sahillərində batan gəminin qalıqları tapılıb
12:58 02.09.2026
Hadisə
Türkiyə aviaşirkətləri Moskvaya uçuşları ləğv edir
12:38 02.09.2026
Hadisə
Yasamalda skuterdən yıxılan 57 yaşlı kişi ölüb
12:35 02.09.2026
Hadisə
Cinayətdə şübhəli bilinən 46 nəfər saxlanıldı
11:43 02.09.2026
Hadisə
1,2 milyon manatlıq körpü açılışda çökdü - VİDEO
11:35 02.09.2026
Hadisə
Daha üç vəzifəliyə hökm oxundu - Biri Mikayılovun uşaqlıq dostudur
11:13 02.09.2026
Hadisə
Rusiya ilə Ermənistan arasında yükdaşımalar kəskin artıb
11:11 02.09.2026
Region
Bəzi tələbələrə 2000 manat MÜKAFAT VERİLƏCƏK - FOTO
11:11 02.09.2026
Elm və Təhsil
Mal əti bahalaşdı
11:05 02.09.2026
İqtisadiyyat
Axtarışda оlan 317 nəfər sərhəddə saxlanılıb
11:02 02.09.2026
Hadisə