"Dövlətçiliyimizin təməllərini sarsıtmağa çalışan saytlara qadağa...”
14:34 12.07.2018
Arxiv
652
"Təxribatçı saytların, internet portallarının yürütdüyü xətt hər zaman anti-Azərbaycan xarakterli olub, indi də elədir”.
Bunu "Sherg.az”a Gəncə və Mingəçevir hadisələri zamanı təxribat xarakterli çağırışlar edən saytlar və sosial mediadakı səhifələrə qarşı mübarizədən danışarkən Mətbuat Şurasının İdarə Heyətinin üzvü, tanınmış jurnalist Azər Həsrət söyləyib.
O diqqətə çatdırıb ki, həmin internet resurslarının məqsədi xalqla və hakimiyyət arasında uçurum yaratmaqdır:
"Vətəndaşlar arasında dövlətə inamsızlıq aşılayan informasiyaları yayıb, təxribatla məşğul olurlar. Cəmiyyət və iqtidar arasında uçurum yaranacağı təqdirdə məlum qüvvələr Azərbaycanda öz istəklərini daha rahat həyata keçirə bilərlər. Bu isə Azərbaycan dövlətçiliyinin çökməsi deməkdir.
Bu cür qanunsuz hərəkətlərə yol verən saytlar diqqətimizi hər zaman cəlb edib. Onlara qarşı tədbir görülməsi barədə fikirləri hər zaman müzakirə etmişik. Azərbaycan hüquqi dövlətdir. Hər bir addım da hüquq çərçivəsində atılmalıdır. Bəzi saytlar açıq-aşkar Azərbaycan dövlətçiliyinin təməllərini sarsıdan fəaliyyətlə məşğuldursa, dindarları, gəncləri təxribatlara cəlb etməyə çalışırlarsa, bunlar konkret qanun pozuntusudur. Ona görə, adıçəkilən saytlar xüsusi nəzarətə götürülməli, onların fəaliyyəti təhlil edilməli, qanun pozuntuları varsa, birdəfəlik qadağa qoyulmalıdır”.
A.Həsrət təklif edir ki, onlayn media və sosial şəbəkələri monitorinq edən struktur yaradılsın:
"Bu bölməyə peşəkarları cəlb edərək müşahidələr aparıb, təhlillər irəli sürərək proqnozlar hazırlansın. Bu dövlətin özü üçün lazımdır ki, hansı saytlar, sosial media fəalları necə davranırlar, aşkar etsinlər. Məsələn, Gəncə hadisələri zamanı vaxtında təhlil aparılsa, proqnozlaşdırma irəli sürülsəydi, ən azından polislərin öldürülməsi baş verməyə bilərdi”.
Qeyd edək ki, iyulun 3-də Mingəçevir İES-də baş verən qəza və iyulun 10-u Gəncədə törədilən iğtişaşlar zamanı "nuraz.com", "abna.com", "aran.news", "qafqaz.ir", "rasthaber.com", "ru-clip.ru" kimi saytlar həqiqətə uyğun olmayan, milli maraq və təhlükəsizliyə zidd, cəmiyyətdə xaotik əhval-ruhiyyə yaradan təxribat xarakterli dezinformasiyalar tirajlayıblar.
Aysel Aslan
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Polis bir gündə 1 qumbaraatan və 5 tüfəng götürdü
11:07 04.11.2026
Hadisə
Karapetyanların evlərində axtarış aparılır - YENİLƏNDİ
10:47 04.11.2026
Region
Qazaxda 15 yaşlı yeniyetmə həmkəndlisini bıçaqlayıb
10:21 04.11.2026
Hadisə
Obama Trampın partiyasının seçkidəki məğlubiyyətinə reaksiya verdi
10:19 04.11.2026
Gündəm
Tramp İrana yeni zərbələr endirmək planının olmadığını açıqlayıb
10:05 04.11.2026
Gündəm
CNN: Tramp seçkilərdə ən pis ssenarinin mümkünlüyünü etiraf edib
08:20 04.11.2026
Aktual
Böyrək xərçəngi yaradan – Hər gün yediyimiz 2 qida
07:17 04.11.2026
Sağlamlıq
"Sabah"ın baş məşqçisi "Vikinq"lə oyunöncəsi danışdı
06:44 04.11.2026
Futbol
Britaniya Avropa İttifaqı ilə yeni razılaşmaya hazırlaşır
06:17 04.11.2026
Dünya
Tramp demokratlara veto ilə hədə-qorxu gəldi
05:32 04.11.2026
Dünya
Billi Ayliş “Spotify”da rekord qırır
05:25 04.11.2026
Şou