"Dünyada analoqu olmayan yeni raket silahı hazırlamışıq" - Putin




Rusiya prezidenti Vladimir Putin Federal Şuraya müraciətində dünyada heç bir ölkədə olmayan yeni raket silahı hazırladıqlarını bəyan edib.

APA-nın "RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, o, yeni silahın imkanlarını zaldakı plazma ekrandan nümayiş etdirib.

"2017-ci ilin sonunda Rusiya Federasiyasının mərkəzi poliqonunda nüvə enerjisi qurğusuna malik ən yeni qanadlı raketin uğurlu sınağı keçirildi. Uçuş zamanı nüvə enerjisi qurğusu nəzərdə tutulan gücə çataraq lazımi dartma gücünü təmin etdi. Raketin buraxılışı və yerdə kompleks sınaqlar prinsipial baxımdan yeni silah növünə keçməyə imkan verir: nüvə enerjisi qurğusu ilə təchiz edilmiş strateji nüvə silahı kompleksi... Dünyada belə bir şey yoxdur”, - deyə V. Putin vurğulayıb.