"....Dünyanın nizamı yenidən cızılmalıdır" - Tofiq Abbasov




"G 20 sammiti işinə başlamazdan əvvəl Almaniya kansleri Angela Merkel Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğana türk icmasının qarşısında çıxış etməyə icazə verməyəcəyini deyib"

Bu barədə "Sherg.az"-a politoloq Tofiq Abbasov bildirib. 

O bildirib ki, iki dövlət- Almaniya və Türkiyə arasında bir müddətdir gərginlik yaşanır:

"Həmçinin Avropada və Qərb cəmiyyətində müsəlman ölkələrinə dair aqressiv münasibət formalaşıb. Biz bu münasibətin təzahürlərini müxtəlif müstəvilərdə görürük.

Aparıcı müsəlman dövlətləri böyük çəpər nümayiş etdirir, öz bölgələrini müdafiə etməkdə qərbin siyasəti qarşısında duruş gətirə bilirlər. Bu isə Qərb ölkələri liderlərinin ürəyincə deyil. İndiyə qədər Avropa hesab edirdi ki, müsəlman dövlətlərinin güclü mövqeyi, dünya nizamına baxışları yoxdur. Lakin indi müsəlman dövlətləri bəyan edir ki, dünyanı idarə edən dövlətlər üzərlərinə götürdükləri missiyanı yerinə yetirmirlər, öhdəsindən gələ bilmirlər, oyunbazlıq edirlər. Deməli, dünya nizamı yenidən cızılmalıdır.

Avropa və Qərb çalışır ki, müsəlman dövlətlərinin birliyini parçalasın, onların manevr imkanlarını məhdudlaşdırsın. Bununla yenə də özlərinin söz sahibi olmasına şərait yaradırlar".

Aysel Aslan