Ekspertlər hesab edir ki, Azərbaycan, Türkiyə və Gürcüstanın birgə hərbi əməkdaşlığı da çox gözəl olar
Düşməndən birgə qorunacaqlar
20:19 16.05.2016
Arxiv
750
Yaxşı olar ki, üç ölkə hərbi briqada yaratsın
Ekspertlər hesab edir ki, Azərbaycan, Türkiyə və Gürcüstanın birgə hərbi əməkdaşlığı da çox gözəl olar
Ekspertlər hesab edir ki, Azərbaycan, Türkiyə və Gürcüstanın birgə hərbi əməkdaşlığı da çox gözəl olar
"Azərbaycan, Türkiyə və Gürcüstan neft və qaz kəmərlərinin təhlükəsizliyini birgə qoruyacaq”. Bunu Türkiyənin müdafiə naziri İsmət Yılmaz üç dövlətin müdafiə nazirlərinin 4-cü görüşündə deyib. Regionun təhlükəsizliyi ilə bağlı danışan nazir bildirib ki, ölkələr arasında hərbi-texniki, hərbi-təhsil sahəsində əməkdaşlıq məsələləri ciddi müzakirə mövzusu olub:
"Birgə hərbi treninqlərin keçirilməsini, təcrübə mübadiləsi məqsədilə qarşılıqlı səfərlərin təşkil edilməsini və bölgədəki vəziyyətlə bağlı regional təhlükəsizlik məsələlərini gündəmə gətirdik və geniş müzakirə etdik. Mühüm məsələlərdə razılaşma əldə olundu. Ümid edirik, dövlətlərimiz arasındakı siyasi, hərbi, iqtisadi və mədəni əlaqələr daha da inkişaf edəcək. Biz bunun üçün çalışırıq”. İsmət Yıldızın sözlərinə görə, Azərbaycan, Türkiyə və Gürcüstan arasında birgə hərbi təlimlərin keçirilməsi məsələləri də müzakirə edilib və ümumi razılıq əldə olunub. Üç dövlətin birgə əməkdaşlığı ilə bağlı "Şərq”ə danışan təhlükəsizlik məsələləri üzrə ekspert Sülhəddin Əkbər deyib ki, hər üç ölkənin strateji maraqları biri-birinə uyğundur: "Əvvəla vurğulayım ki, üç ölkənin münasibətləri strateji tərəfdaşlıq səviyyəsindədir. Fikrimcə, əsas hərbi strateji tərəfdaşlığı inkişaf etdirmək lazımdır. Enerji təhlükəsizliyi, terrorla mübarizə, regional sabitliyin yaranması, sülhməramlı qüvvələrin təşkil olunması sahələrində hər üç ölkənin böyük potensialı var. Bildiyimiz kimi, Türkiyə NATO ölkəsidir. Gürcüstan isə NATO üzvlüyünə can atan ölkədir və Buxarest Sammitinin qərarı ilə hərbi alyansın bütün hüquqları Gürcüstan üçün keçərlidir. Bu yaxınlarda NATO-nun çevik qüvvələrindən ibarət bir rota hazırlanaraq Gürcüstana dislokasiya olunacaq. Bu istiqamətdə ciddi iş gedir”. Ekspert hesab edir ki, Azərbaycan hər iki dost və qardaş ölkə ilə əlaqələri kifayət qədər irəli apara bilər: "Hətta yaxşı olar ki, üç ölkə birlikdə hərbi briqada yaratsın. Bilirsiz ki, Ukrayna dövləti Litva və Polşa ilə hərbi briqada təşkil edib. Litva və Polşa NATO üzvləri olsalar da, Ukrayna alyansda təmsil olunmur. Amma bu fakt həmin ölkələrin birgə əməkdaşlığına mane deyil. Hazırda Ukrayna və Rumıniya arasında da birgə briqada istiqamətində danışıqlar aparılır. Azərbaycan, Türkiyə və Gürcüstanın birgə hərbi əməkdaşlığı da çox gözəl olar və tərəfdaşlığın artmasına, həmçinin, birgə ittifaqın yaradılmasına öz töhfəsini verər. Birgə əməkdaşlıq imkan verəcək ki, dövlətlər iqtisadi sahələrin, ticarət və enerji marşrutlarının birgə mühafizəsini daha səmərəli təşkil etsinlər. Strateji tərəfdaşlıq regional sabitləşdirici rol oynayar. Bu sistem Qara dənizdə və gələcəkdə Xəzər dənizində də inkişaf etdirilə bilər”.
İsmayıl
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Göygöldə bələdiyyənin mühasibi iş otağında ölü tapılıb
01:44 02.11.2026
Hadisə
Bakının bir sıra ərazisində işıqlar sönəcək
01:25 02.11.2026
İnfrastruktur
ABŞ-də təyyarə qəzasında 9 nəfər ölüb - Yenilənib
01:11 02.11.2026
Dünya
ABŞ-da özəl təyyarə küçənin ortasına düşdü: ölənlər var
00:34 02.11.2026
Dünya
Makqreqor karyerasını başa vurur
00:08 02.11.2026
İdman
Öcalan azadlığa çıxdı - Sensasiya
23:51 01.11.2026
Aktual
Fəqan Azadəliyev Dövlət Yol Polisi İdarəsinə rəis təyin olundu
23:30 01.11.2026
Cəmiyyət
Sumqayıtda zəncivari qəza baş verdi
22:02 01.11.2026
Hadisə
“Müharibəyə son qoymalıyıq” - İran Türkiyəni ünvan göstərdi
21:25 01.11.2026
Gündəm
"Şərq"də təkcə yazmağı yox, həyatı da öyrəndim - SEVGİ MƏKTUBU
20:52 01.11.2026
Media
Dədə Qorqud parkında meyit tapıldı
20:33 01.11.2026
Hadisə
Vaşinqton G20 sammitinin əsas gündəliyini açıqlayıb
20:16 01.11.2026
Dünya
ABŞ-da hakimiyyət savaşı qızışır: Tramp Konqresi itirə bilər!
19:46 01.11.2026
Gündəm
Sumqayıtda avtomobil qaz xəttinə çırpıldı
19:03 01.11.2026
Hadisə