Əhalinin qocalma prosesi sürətlənir
10:47 11.07.2016
Arxiv
698
Azərbaycanda orta ömür həddi yüksəlib
"Dünyadakı gedən demoqrafik proseslərdəki dəyişikliklər Azərbaycandan da yan keçməyib”.
APA-nın xəbərinə görə, bunu "Sağlamlıq zonası" sağalma və reabilitasiya poliklinikasının baş həkimi Məsməxanım Məcidova ahıl insanlara göstərilən səhiyyə xidmətinin təşkili mövzusuna dair dəyirmi masada deyib. O bildirib ki, əhalinin qocalma problemi dünyada inkişaf etmiş ölkələrin müzakirə obyektinə çevrilib: "Sivilizasiya artdıqca əhalinin qocalma prosesi də sürətlənir”.
Bunun bir çox səbəbinin olduğunu deyən M.Məcidova qeyd edib ki, sivil ölkələrdə doğum səviyyəsi aşağı düşüb, ahılların nisbi payı artıb: "Digər tərəfdən tibdə əldə olunan nailiyyətlər - uşaq ölümünün azalması, ölümə səbəb olan bir çox infeksiyanın aradan qaldırılması, xəstəliklərin profilaktikası orta ömür həddinin yüksəlişinə səbəb olub. Ahılların yaşının artması prosesi Azərbaycanda da müşahidə olunmaqdadır. Dövlət Statistika Komitəsinin məlumatlarında 2013-2015-ci illərdə respublika və Bakı şəhəri üzrə 60 yaşdan yuxarı yaş qruplarına görə əhalinin sayının artması müşahidə olunur. Bu, xüsusən 60-74, 75-89 yaş qruplarında özünü daha çox büruzə verir. 2013-cü ildə orta ömür həddi 74.2 olmuşdusa, 2015-ci ildə bu göstərici 75.2 olub. Bu baxımdan əhalinin qocalma problemlərinin öyrənilməsi və ahıl insanlara tibbi sanitar yardımın göstərilməsi aktuallaşıb".
Baş həkim ahıl insanlar arasında ən çox rast gəlinən xəstəlikləri də açıqlayıb. O bildirib ki, ahıllarda ən çox xroniki xəstəliklərə rast gəlinir.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Hakan Fidan Marko Rubio ilə görüşdü
04:14 31.10.2026
Gündəm
Cəmi 1 saat gec yatmaq bu ölümcül xəstəlik riskini artırır
03:33 31.10.2026
Sağlamlıq
"Qızıl top" səsverməsində rəsmi nəticələr açıqlandı
01:32 31.10.2026
Futbol
Erməni ombudsmandan "türk" sözü ilə bağlı - BƏYANAT
01:11 31.10.2026
Cənubi Qafqaz
ABŞ Yaxın Şərqə əlavə hərbi texnika göndərir
00:49 31.10.2026
Gündəm
ABŞ Ukraynaya 500 ədəd "Patriot" raketi satacaq
23:50 30.10.2026
Aktual
Qızılın qiyməti xeyli ucuzlaşdı
23:31 30.10.2026
İqtisadiyyat
Abbasdan Ankaranı aşağılayan addım - Türkiyə “səssiz” qaldı
23:10 30.10.2026
Dünya
Lyayen: Aİ və Kanada unikal tərəfdaşlıq yaradırlar
21:50 30.10.2026
Aktual
Aİ Ukraynaya 2027-ci il üçün 45 milyard avro yardım ayırıb
20:40 30.10.2026
Aktual
Premyer Liqa: "Sabah" səfərdə "Turan Tovuz"a məğlub olub
20:31 30.10.2026
Futbol
Mingəçevirdə qətl törədilib
20:00 30.10.2026
Hadisə
“Beşiktaş” İsrail komandası ilə oyununu Gürcüstanda keçirəcək
19:30 30.10.2026
Futbol