Əhaliyə çağırış:"...Zəlzələdən panikaya düşməyin ! "





"Güclü zəlzələdən sonra xırda təkanların olmağı normaldır”.

Bunu "Sherg.az”a İranın şimalında baş verən zəlzələ ilə bağlı danışarkən Respublika Seysmoloji Xidmət Mərkəzinin baş direktoru Qurban Yetirmişli deyib. 


O bildirib ki, belə təkanlar davam edəcək:

"Bu qeyri-adi məsələ deyil. İnsanların qonşu ölkələrdə baş verən hər zəlzələdən panikaya düşməsinə ehtiyac yoxdur. Azərbaycana digər regionda baş verən zəlzələlərin heç birinin təsiri olmur. 4,8 ballıq titrəyişlər böyüdüləsi də deyil.

Həmin bölgədə ən güclü zəlzələ artıq olub. Əsas enerji boşalması elə bununla da aradan qalxdı. İlk – 7, 2 ballıq zəlzələdən güclü təkanlar baş verə bilməz”.

Qeyd edək ki, təkanlar Gilan vilayətinin Ləngərut şəhərində qeydə alınıb. Zəlzələnin dərinliyi 23 kilometr olub. İnsan itkisi və dağıntı barədə hələlik məlumat yoxdur. Xatırladaq ki, ötən ay İranın Kirmanşah əyalətində, İraqla sərhəd yaxınlığında baş verən 7,2 bal gücündə zəlzələdə son məlumata görə, 569 nəfər həlak olub. Yeraltı təkanlar BƏƏ, Küveyt və İsraildə də hiss olunmuşdu.

Aysel Aslan