Əksəriyyət ona kompensasiya düşdüyündən xəbərsizdir - NAZİRLİK
13:06 24.05.2019
Arxiv
1047
""Azərpoçt” MMC-nin respublika üzrə bütün şöbələrində 77 000-ə yaxın insan nağd vəsaitlərin (500 manatadək) ödənilməsi həyata keçirilir”.
Lent.az xəbər verir ki, bu barədə Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin mətbuat katibi Günel Gözəlova Real TV-yə məlumat verib.
O bildirib ki, 45 000-ə yaxın vətəndaş icra prosesinin sonuna qədər qeyri-nağd (500 manatdan çox kompensasiyası olanlar) formada, yəni kartla qurumun ayırdığı 77 şöbədən əldə edə bilərlər:
"May ayının 23-nə olan statistika belədir ki, 57 000-dən çox şəxs artıq 500 manatadək olan kompensasiyanı əldə edib. Onlar "Azərpoçt”un ayırdığı 1497 şöbədən 15 milyona yaxın vəsaiti əldə ediblər. 3 milyona yaxın vəsait isə nağd olaraq şöbələrdə qalır, çünki 19 minə yaxın vətəndaş bu məbləğləri gəlib şöbələrdən götürməyiblər.
Bundan əlavə, 500 manatdan çox, yəni qeyri-nağd formada kompensasiya alacaq vətəndaşlardan isə 39 000-dən çoxu bunu əldə ediblər. Bu vəsait təxminən 48 milyona yaxındır ki, onun 46 milyonu da artıq nağdlaşdırılaraq, götürülüb. 6 000-dən çox kart isə şöbələrdə qalıb.
Qeyd edim ki, il sonuna qədər kompensasiya nadlaşdırıla bilər. Gələn ildən etibarən isə kartın istifadəsi bitir. Bu cür hal baş verərsə, mütləq yenidən müraciət edilməlidir”.
Mətbuat katibi əlavə edib ki, bəzi vətəndaşlar onlara kompensasiya düşdüyündən xəbərsizdirlər:
"Bu, bizim araşdırmamıza görədir. Vətəndaşlara müraciət edirəm ki, devalvasiya dövründə kredit götürən şəxslər mütləq şəkildə Azərbaycan Respublikasının Maliyyə Bazarlarına Nəzarət Palatasından və ya "Azərpoçt” MMC-nin rəsmi internet saytlarında məlumatlarını yoxlasınlar. Əminəm ki, bunun sayəsində sizə kompensasiya düşəcəyini öyrənəcəksiniz”.
Xatırladaq ki, Prezident İlham Əliyev fevralın 28-də "Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” Fərman imzalayıb, bunun icrası isə "Azərpoçt" MMC-yə tapşırılıb.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
"İsmayıl məqamı" sənədli filmi təqdim olundu - FOTOLAR
13:33 05.11.2026
Cəmiyyət
Putin və Zelenski Türkiyədə görüşə bilər
13:28 05.11.2026
Dünya
Kobaxidze Avropa Komissiyasının hesabatını tənqid edib
13:27 05.11.2026
Gündəm
Prezident Ərdoğan Azərbaycana gəlir
13:04 05.11.2026
Gündəm
Nikol Paşinyan Türkiyəyə səfər edəcək
13:03 05.11.2026
Siyasət
Nyu-Yorkda 30 ildən sonra qızılcadan ilk ölüm qeydə alındı
12:47 05.11.2026
Hadisə
Həyatdan yorulanda özünüzü yaxşı hiss etmək üçün 6 üsul
12:44 05.11.2026
Sağlamlıq
Kuryerlər aylıq 15 manat sadələşdirilmiş vergi ödəyəcək
11:57 05.11.2026
Sosial
Fransalı deputat İranın gələcək lideri kimi Rza Pəhləvini görür
11:42 05.11.2026
Siyasət
Ermənistan Türkiyə ilə sərhədi istənilən an aça bilər
11:08 05.11.2026
Gündəm
FHN qeyri-sabit hava ilə əlaqədar əhaliyə müraciət edib
11:00 05.11.2026
Ekologiya
Qaqik Sarukyanın həbs müddəti üç ay uzadıldı
10:57 05.11.2026
Dünya
Rusiya Qara dənizdə yük gəmisini vurdu
10:42 05.11.2026
Dünya
Ordubadda sahibkara məxsus obyektə zərər vuran şəxs saxlanılıb
10:07 05.11.2026
Hadisə