EKSPO-2025 Yaponiyada keçiriləcək




EKSPO-2025 Ümumdünya Sərgisinin təşkil olunacağı şəhər seçilib.

Trend-in məlumatına görə, Parisdə Beynəlxalq Sərgi Bürosunun Baş Assambleyasının 164-cü sessiyasında keçirilən səsvermədə Yaponiya bu hüququ qazanıb.

Qeyd edək ki, qalib şəhər gizli səsvermə yolu ilə seçilib.

Səsvermədən öncə namizəd-şəhərlər öz planları ilə çıxış ediblər.