Əlavə buraxılış imtahanının nəticələri AÇIQLANDI
12:12 10.09.2021
Arxiv
463
2021-ci il sentyabrın 9-da keçirilən ümumi (9 illik) orta təhsil səviyyəsi üzrə əlavə buraxılış imtahanı və Azərbaycan dili (dövlət dili kimi) imtahanının nəticələri elan olunub.
Bu barədə Dövlət İmtahan Mərkəzi ( DİM ) məlumat yayıb.
Bildirilib ki, şagirdlər imtahan nəticələri ilə aşağıdakı keçidlər vasitəsilə tanış ola bilərlər.
Ümumi orta təhsil səviyyəsi üzrə buraxılış imtahanının nəticəsi:
https://eservices.dim.gov.az/2021/netorta/?frm=egov
Azərbaycan dili (dövlət dili kimi) üzrə imtahanının nəticəsi:
https://eservices.dim.gov.az/2021/netazd/?frm=egov
Bundan əlavə, mobil nömrələr (Azercell, Bakcell, Nar, Naxtel) vasitəsilə “iş nömrəsi”ni 7727 nömrəsinə göndərməklə də nəticələri öyrənmək mümkündür.
Tam (11 illik) orta təhsil səviyyəsi üzrə keçirilən buraxılış imtahanının nəticəsinin isə yaxın dörd gün ərzində elan olunması nəzərdə tutulur.
Nəticəsi elan olunan imtahanlarla bağlı müraciətlərə baxılması üçün DİM tərəfindən 13 sentyabr tarixindən etibarən onlayn (“Zoom” proqramı və ya telefon əlaqəsi vasitəsilə) apellyasiya prosesi təşkil ediləcək.
Apellyasiya komissiyasına müraciət etmək istəyənlər 11-13 sentyabr tarixlərində DİM-in saytında yerləşdiriləcək elektron ərizəni doldurmaqla qeydiyyatdan keçə bilərlər.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
ABŞ İrana yenidən zərbələr endirib
23:13 14.07.2026
Dünya
Tramp Hörmüzlə bağlı qərarını dəyişdi: “İranı çox sərt vururuq”
23:12 14.07.2026
Gündəm
İranın Keşm adasında partlayışlar baş verib
22:59 14.07.2026
Dünya
ABŞ və İran arasında heç bir real razılaşma əldə olunmayıb - ŞƏRH
22:29 14.07.2026
Gündəm
Norveç Rusiyaya qarşı yeni sanksiyalar paketini tətbiq etdi
22:02 14.07.2026
Dünya
Bu marşrutun hərəkət sxemi və avtobusları dəyişdirilir
21:49 14.07.2026
İnfrastruktur
TRT-nin Bakı nümayəndəliyinə yeni rəhbər təyin edildi
20:20 14.07.2026
Dünya
"Qəbələ" ilk yoxlama görüşündə "Kəpəz"i məğlub etdi
20:09 14.07.2026
Futbol
Küveyt ordusu: Düşmənin hava hədəfləri zərəsizləşdirilir
19:58 14.07.2026
Dünya
Tramp: ABŞ İran gəmilərinə qarşı tam blokada tətbiq edəcək
19:42 14.07.2026
Dünya
"Barselona" "Kamp Nou"nu tərk edir: UEFA qaydaları və yeni stadion
19:26 14.07.2026
Futbol
Ərdoğan Qətərə səfər etdi
19:19 14.07.2026
Gündəm
Beynəlxalq axtarışda olan şəxs Azərbaycana təhvil veriləcək
19:12 14.07.2026
Hadisə
Gəncədə altı nəfər qidadan zəhərləndi
18:58 14.07.2026
Hadisə