“Əlbəttə ki, qiyamçıların hərəkətləri pislənilir”
19:52 27.07.2016
Arxiv
431
“Amma bu cür ağır cəzaların verilməsi doğru deyil”
Türkiyədə 15 iyul hərbi çevriliş cəhdindən sonra mübahisə mövzusu olan Başyavərlik (Prezident yanında hərbi müşavirlik - red.) sistemi ləğv olunur. Məlumata görə, Prezident Ərdoğan bu məsələ ilə bağlı qərarını verib.
Başyavərlik sisteminin ləğvi ilə birlikdə Beştəpədəki Prezident İqamətgahının təhlükəsizliyi üçün də bir sıra addımlar atılacaq. Bunlardan biri Külliyənin (Prezident iqamətgahı - red.) raket sisteminə malik yüksək səviyyəli mühafizə sisteminin qurulmasıdır. Bundan sonra yaranacaq hər hansı təhlükəyə Beştəpədən raketlə cavab veriləcək.
Yada salaq ki, indiyədək Prezidentin xidmətində 1 baş yavər, 4 nəfər də yavər fəaliyyət göstərirdi. Hər addımda Prezidentin yanında olan baş yavər, onunla bərabər xidməti maşınına minən yeganə şəxsdir. Bu vəzifənin hələlik sonuncu sahibi Əli Yazıcı da FETÖ ilə əlaqəli olduğuna və çevriliş cəhdində iştirakına görə həbs olunub. Onu da xatırladaq ki, Baş Yavərlik İnstitutu Türkiyədə 1920-ci ildən mövcuddur.
Addımı şərh edən politoloq Qabil Hüseynli bildirib ki, Ərdoğan hələ də Prezident üsul-idarəsinə keçmək fikrindən dönməyib. Ölkədə xaos yaşanmasına baxmayaraq Ərdoğan yenə də gərginləşdirici addımlar atır: "Məsələn, edam cəzası məsələsini gündəmə gətirirlər. İrimiqyaslı həbslər davam etdirilir. Çoxsaylı mətbuat orqanları bağlanır. Türk ordusunun peşəkar hissəsi sıradan çıxarılır. Bunların hamısı qiyama cəhdlə bağlıdır. Əlbəttə ki, qiyamçıların hərəkətləri pislənilir. Onlara qarşı tədbirlər görülməlidir. Amma bu cür ağır cəzaların verilməsi doğru deyil”.
Q.Hüseynli bəyan edib ki, Türkiyədə türk mənsubiyyətli insanların təqibə məruz qalması faktı aydın şəkildə nəzərə çarpır: "Kürdlər aləmi dağıdır. Amma heç bir kürd bunun bədəlini ödəmir. Türklərə qarşı aparılan barışmaz siyasət Ərdoğana nifrət yaradır. Türkiyəni təriqətçilik, regionçuluq və s. kimi qədim ideologiyalarla idarə etmək Ərdoğana çox çətin olacaq. Atatürk Türkiyədə apardığı islahatlar nəticəsində bütün Türkiyəni Avropa ölkəsinə çevirdi. Ərdoğan siyasətində isə Avropadan uzaqlaşmaq kimi tendensiya nəzərə çarpır”. Ərdoğan dini siyasət aparmaqla məşğuldur. Türk mənşəli nə ki, general, prokuror, polis vardı, hamısını həbsə aldılar. Hər şey Ərdoğanın əlindədir”.
Ayyət Əhməd
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Azərbaycanda bu cərimə 10 min manatdan 8 min manata endirilir
13:57 30.10.2026
Sosial
Rusiya ilə Avropa arasında müharibə qapıdadır - ŞƏRH
13:51 30.10.2026
Gündəm
Qətərli vasitəçilər danışıqlar aparmaq üçün İrana gedib
13:41 30.10.2026
Gündəm
Azərbaycan-Gürcüstan sənədləri imzalanıb - FOTO
12:58 30.10.2026
Gündəm
FIFA Bakıda keçirilən U-15 Dünya Çempionatı ilə bağlı paylaşım etdi
12:11 30.10.2026
İdman
Oyuncaq avtomobilini götürmək istəyən 7 yaşlı uşaq həyatını itirdi
11:58 30.10.2026
Hadisə
Küləkli hava şəraitində bu işçilərə fasilə veriləcək
11:21 30.10.2026
Hadisə
Narkotik aludəçisi olan avtobus sürücüsü həbs olundu
11:07 30.10.2026
Hadisə
Milli Məclis bu gün 11 məsələyə baxacaq
11:05 30.10.2026
Gündəm
Lavrov ABŞ-a gedib
11:02 30.10.2026
Dünya
Peskov: Putin Makron və Mertslə danışıqlara hazırdır
10:56 30.10.2026
Dünya
Peskov: Zelenski Putinə hələ zəng etməyib
10:45 30.10.2026
Dünya
Deputat Səyyad Aran Ombudsmanı təriflədi
10:42 30.10.2026
Cəmiyyət