"Elə alətlər var ki, tətbiq olunsa, manatın məzənnəsi yüksələr"
13:48 31.10.2017
Arxiv
662
Fuad İbrahimov:"Ona görə, E.Rüstəmovun dediyi mümkündür. Lakin bunun indiki vəziyyətdə nə qədər real olması sual altındadır"
"İlin sonuna qədər manatın məzənnəsinin yüksəlməsi nəzəriyyə baxımından mümkündür”.
Bu barədə "Sherg.az”a Mərkəzi Bankın (MB) İdarə Heyətinin sədri Elman Rüstəmovun ilin sonuna kimi manatın bahalaşmasına dair proqnozlarına münasibət bildirərkən iqtisadçı - ekspert Fuad İbrahimov bildirib.
O qeyd edib ki, 2016-2017-ci illərdə baş verən hadisələr yalnız Azərbaycanın deyil, bütün dünya ölkələrinin iqtisadiyyatına təsir göstərib:
"Rusiyaya olan təzyiqlər bizim iqtisadiyyatımızdan da yan keçmir. Bu proseslərin də müəyyən qədər təsiri var.
Bütün bunlara baxmayaraq, manatın möhkəm olduğu dövrü də biz yaşamışıq. Düzdür, bunun əsası daha çox sünilik üzərində qurulmuşdu. Lakin yenə də manatın məzənnəsi yüksək olub.
İqtisadiyyatda elə alətlər var ki, tətbiq olunsa, manatın məzənnəsi yüksələ bilər. Ona görə, E.Rüstəmovun dediyi mümkündür. Lakin bunun indiki vəziyyətdə nə qədər real olması sual altındadır. Ən azından manatın 10-15 qəpik civarında müvəqqəti möhkəmlənib, yenidən öz səviyyəsinə qayıtması anlayışı ola bilər. Bu isə MB-nın iqtisadiyyatın inkişafına yox, geriyə çəkilməsinə, öz səviyyəsində saxlanmasına uyğun əməliyyatlarla mümkündür. Konkret olaraq isə ilin sonuna qədər manatın mütləq möhkəmlənəcəyini demək düzgün olmaz”.
Dolların məzənnəsinə gəlincə, iqtisadçı diqqətə çatdırıb ki, dollar dünyanın etalon valyutası kimi möhkəmləndikdə tək Azərbaycan manatına qarşı möhkəmlənmir:
"Dolların məzənnəsinin dəyişməsinə bütün dünya valyutaları öz həssas reaksiyasını göstərir. Söhbət konkret manata qarşı dolların möhkəmlənməsindən gedirsə, ola bilər ki, dünya valyutasında öz mövqeyini saxlasın, digər valyutalara qarşı sabitlik olsun. Amma elə vəziyyət yarana bilər ki, həmin arada bizim iqtisadiyyatımızda nə isə problem başlasın. Nəticədə Azərbaycan manatı öz mövqeyini itirə bilər. Bu nöqteyi-nəzərdən manatın möhkəmlənməsi ilə bağlı hələlik ürəkaçan bir fikir deyə bilmərik. Ancaq dolların digər valyutalara qarşı möhkəmlənməsi baş verərsə, sabit üzən məzənnədə mütləq manat reaksiya verəcək. Bu, sabit üzən məzənnə deyilsə, MB manatı süni şəkildə saxlayacaqsa, iqtisadiyyatımız geriyə çəkiləcək. Nəticədə şəffaf bazar, şəffaf inkişaf olmayacaq”.
Qeyd edək ki, E.Rüstəmovun sözlərinə görə, üzən məzənə rejimi cari məsələ deyil, davamlı bir rejim olacaq. Bundan sonra da bu rejim fəaliyyət göstərəcək.
Aysel Aslan
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Ebru dünya turuna çıxır
03:33 22.09.2026
Şou
Ona “niyə evlənmirsən” sualını verən qonşusunu öldürdü
02:57 22.09.2026
Maraqlı
ABŞ-da iki böyük hava limanında uçuşlar dayandırıldı
01:02 22.09.2026
Dünya
Mərkəzi Kəşfiyyat İdarəsinin direktoru Zelenski ilə görüşüb
00:41 22.09.2026
Gündəm
Demensiya yaddaşın tam itirilməsi ilə başlamır - Həkim
23:57 21.09.2026
Sağlamlıq
“Putinlə üzbəüz oturmaq həyatımın ən xoş günü olmayacaq, lakin...”
22:57 21.09.2026
Aktual
Keti Perri sevgilisi ilə tədbirdə
22:40 21.09.2026
Şou
Universitetin 3-cü kurs tələbəsi vəfat etdi
22:17 21.09.2026
Hadisə
Hakan Fidan: ABŞ-dən İsrailə daha çox təsir etməsini gözləyirik
22:12 21.09.2026
Gündəm
Vens: Ukraynadakı müharibənin bitməsi zaman məsələsidir
22:10 21.09.2026
Dünya
Zelenski Rusiyaya yenidən müvəqqəti atəşkəs təklif edib
22:06 21.09.2026
Dünya
Tramp süni intellektin gələcək inkişafını dəstəkləyib
22:00 21.09.2026
Texnologiya
"Le Monde": Rusiya Ermənistana təzyiqi artırır
21:45 21.09.2026
Aktual