Əli qarınına tikildi

Talehsiz adam 2 ay bu şəkildə yaşayacaq



Braziliyada əlini maşın aparan bir işçinin başına gələnləri hamı danışır.
Plastik fabrikində maşın operatoru işləyən Karlos Mariotti adlı şəxs iş qəzasında əlini itirmək təhlükəsi ilə üz-üzə qalıb. Həkimlər onun əlini qarın boşluğuna tikib. 42 yaşlı Mariotti qorxunc qəzada iki barmağını itirmiş, sol əlinin böyük bir hissəsini də yandırmışdı. Əlində çox az dəri qalan Mariotti üçün həkimlər tibb dünyasını təəccübləndirəcək bir üsula əl atıb. Mariottinin əli mikroba yoluxmaması üçün qarın boşluğuna tikilib. Talehsiz adam 2 ay bu şəkildə yaşayacaq.