Əliağa Şıxlınskinin məzarı ziyarət olundu - “Cümhuriyyətçi jurnalistlər” layihəsinin davamı - Fotolar

Layihənin davamı olaraq bu gün başda qəzetin baş redaktoru Akif Aşırlı olmaqla "Şərq"in kollektivi AXC-nin yaranmasında xüsusi xidmətləri olmuş, Topun Allahı adlandırılan general-leytenant Əliağa Şıxlinskinin Yasamal qəbiristanlığında yerləşən məzarını ziyarət edib. Onun məzarı önündə çıxış edən A.Aşırlı Ə.Şıxlinskinin həyatı, AXC dövründə göstərdiyi müstəsna xidmətləri barədə ətraflı məlumat verib:
Azərbaycan Xalqı Cümhuriyyətinin 100 illik yubileyi ilə əlaqədar "Şərq” qəzeti başlatdığı "Cümhuriyyətçi jurnalistlər” layihəsini davam etdirir. Qeyd edək ki, layihə ötən günlərdə Fəxri Xiyabanda dəfn olunan cümhuriyyətçi jurnalistlərin, eyni zamanda AXC-nin banisi Məhəmməd Əmin Rəsulzadənin doğulduğu ev və abidəsinin ziyarəti ilə başlayıb.
Layihənin davamı olaraq bu gün başda qəzetin baş redaktoru Akif Aşırlı olmaqla "Şərq"in kollektivi AXC-nin yaranmasında xüsusi xidmətləri olmuş, Topun Allahı adlandırılan general-leytenant Əliağa Şıxlinskinin Yasamal qəbiristanlığında yerləşən məzarını ziyarət edib. Onun məzarı önündə çıxış edən A.Aşırlı Ə.Şıxlinskinin həyatı, AXC dövründə göstərdiyi müstəsna xidmətləri barədə ətraflı məlumat verib:
"Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasında mühüm xidmətləri olan Əliağa Şıxlinski ilk dəfə Tiflisdə azərbaycanlılardan ibarət milli korpus yaradıb. Bununla da o, Azərbaycan Xalq Cümhuriyyətinin Milli Ordusunun təməl daşını qoyub. 
AXC dövründə, 1918-ci il dekabrın 25-də tam artilleriya generalı Səməd bəy Mehmandarov hərb naziri təyin edilib. General-leytenant Əliağa Şıxlinski isə nazirin müavini vəzifəsini daşıyıb”.
Redaksiya heyəti Əliağa Şıxlinskinin və onun xanımı Nigar xanım Şıxlinskayanın məzarına gül dəstələri qoyub və xatirə şəkilşi çəkilib.
P.S Ziyarətlə bağlı ətraflı yazını sabah oxuyacaqsınız.
Aysel Aslan