Əliyev və Sarkisyan görüşü başa çatdı

4 günlük müharibədən sonra baş tutan ilk görüşün təfərrüatları barədə hələlik heç bir açıqlama verilməyib



Azərbaycan və Ermənistan prezidentləri İlham Əliyev və Serj Sarkisyan Avstriyanın paytaxtı Vyanadakı görüşü başa çatıb.
ANS PRESS-in məlumatına görə, "RİA Novosti" agentliyi xəbər verir.
Görüşdə ATƏT-in Minsk qrupunun həmsdərləri, ABŞ dövlət katibi Con Kerri, Rusiya və Fransa xarici işlər nazirləri Sergey Lavrov və Jan-Mark Eyro iştirak edib.
4 günlük müharibədən sonra baş tutan ilk görüşün təfərrüatları barədə hələlik heç bir açıqlama verilməyib.