Əllərini limon suyu bu hala saldı

Qızı üçün məzuniyyət hazırlıqlarını bitirdikdən saatlar sonra əlləri suluqlayan və dörd dəfə böyüyən 52 yaşlı adam, ağrı içində xəstəxanaya getdi. Orda öyrənib ki, əllərində ikinci dərəcəli yanıq əmələ gəlib. Ancaq ən böyük zərbəni bunun səbəbini öyrənəndə yaşadı.
Sherg.az-ın "Daily Mail”ə istinadən xəbərinə görə, Adam Levi adlı şəxsin əllərindəki yanıqların səbəbi limon suyuydu. Parti üçün hazırlıqları zamanı əlləri ilə limon sıxan adama fotodermatoz diaqnozu qoyulub. 
Fotodermatoz adı verilən zəhərli reaksiya limon suyundakı sitrik turşunun günəş işığına məruz qalması ilə meydana gəlmişdi. 2 uşaq atası A. Levi yanıqla bərabər baş dönməsi və qusma kimi simptomlar da yaşayıb. Yaraları 5 sm-ə qədər genişlənib. İnfeksiyanın qarşısını almaq üçün yaraları açılıb, sarınıb. Nəysə ki, indi yaxşılaşır. A.Levi, "Əllərimdə günəş yanıqları görəndə çox təəccübləndim. Bir anda suluqlanmağa başladı, əllərim şişdi, getdikcə pisləşdi. Əllərimin hər hissəsi qaşınır və batma hissiylə yanırdı. Ertəsi gün daha da pisləşdi. Allergik reaksiyaya bənzəyirdi, dilim də şişməyə başlamışdı” - deyə yaşadıqlarını danışıb və digər insanları fotodermatoz riskinə qarşı xəbərdarlıq edib.
Aysel Aslan